İmtahan (Nağılvari Hekayə)

Aysel İlham qızı Qiyamova 2008-ci ildə Şirvan şəhərində (əvvəlki Əlibayramlı)
anadan olub. Hazırda Xırdalan şəhər 9saylı tam orta məktəbin VII sinif şagirdidi.

Biri var idi, biri yox idi. Allah tərəfindən göndərilmiş bir mələk var idi. Bu mələk kimin nə arzusu olsa, yerinə yetirərdi. Bir gün bu mələk bir evə gəldi. Özünü qoca qarıya çevirdi. Bu evdə iki bacı yaşayırdı. Amma xüsusiyyətləri bir-birinə heç bənzəmirdi: Leyla yaxşı xasiyyətli və yardımsevər idi. Gülnar isə acımasız və qəddar idi. Mələk evin qapısını döydü. Qapını Gülnar açdı. Qoca qarı dedi: “Qızım, Allah  xətrinə mənə kömək et. Mənə bir az çörək və su ver. Gülnar bu sözləri eşidəndə gözlərini süzdü. Kasıb olduqları üçün qoca qarıya çörək və su vermək istəmədi. Qapını bağlamaq istəyərkən Leyla qoca qarını gördü və ona kömək etmək istədi. Qoca qarını evə gətirdi. Ona evlərində olan son bir dilim çörəyi və su verdi. Qoca qarı ona təşəkkür etdi. Leyladan nə arzusu olduğunu soruşdu. Leyla: “Mənim və bacım Gülnarın gözəl və böyük evi olsun. Qarı nənə onun arzusunu həyata keçirdi. Leyla və Gülnar evlərinə köçdülər. Bu evdə də Leyla çox işi özü görür, qulluqçularına çox iş gordürmürdü. Gülnar isə heç bir iş görmür, hər bir işi qulluqçularına gördürürdü. Leyla və Gülnar get-gedə varlanırdılar. Gülnar hər kəsə yuxarıdan aşağı baxırdı. Kimsə ondan kömək istədikdə, ona kömək etməzdi. Amma Leylanın xasiyyəti heç dəyişmirdi. Kimsə ondan kömək istədikdə sevə-sevə ona kömək əlini uzadirdi. İllər keçdi. Bir gün mələk yenə bu evə gəldi ki, qızları imtahan etsin. Leylanin evinin qapısını döyüb dedi: “Ay qızım, xahiş edirəm mənə kömək et – bir az yemək və su ver. Neçə gündür ki, ağzıma bir şey qoymamışam. Leyla qarını evə dəvət etdi. Ona yemək, su verdi. Qoca ona təşəkkür etdi və getmək istəyəndə Leyladan soruşdu:

– Bu var-dövlətə necə sahib olmusan?

– Bu mənim arzum idi  və illər əvvəl Allah mənə bu var-dövləti bəxş etdi. Başqa bir şeyə ehtiyacın varsa, söylə, qarı nənə.

– Mənə bir az qızıl, daş-qaşının bir hissəsini verə bilərsənmi?

– Allah mənə bu qədər var-dövlət bəxş edib. Nə qədər istəyirsənsə götürə bilərsən. Bala, mən səni imtahan edirdim. Sən çox yaxşı bir insansan, bu var-dövlətə layiqsən.

Qoca qarı sağollaşıb Gülnarın evinin qapısını döydü. Leylaya dediyi sözlərin eynisini ona da dedi: ”Qızım, xahiş edirəm mənə bir az yemək və su ver. Neçə gündür ki, ağzıma bir şey qoymamışam”. Bu sözləri eşidən Gülnarın sanki kefi pozuldu. Üz-gözünü turşutdu. Qoca qarıya dedi: “Allah kömək eləsin!“ Qoca qarı gedəndə soruşdu:

– Bu var-dovlətə necə sahib olmusan?

– Bu var-dövlət mənə ata-babamdan qalıb.

Qoca qarı sağollaşıb getdi. Gülnarın bütün var-dövlətini yox elədi. Gec olsa da, başa düşdü ki, bütün var-dövləti Allah qoca qarı vasitəsilə ona vermişdi. Məcbur olub Leyla ilə birgə yaşamağa başladı…

Elvin İntiqamoglu

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir