QAFQAZIN II. ŞEYXÜLİSLAMI AXUND FAZİL İRƏVANİ

Xülasə

Müsəlman mədəniyyətinin mərkəzlərindən biri olan İrəvanda dünyaya gələn Fazil İrəvani, yalnz İrəvanda, Qafqazda deyil, Şərqin elmi və dini ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibi olmuşdur. Mənbələrdə haqqında; həyatı və şəxsiyyəti, islami bilik və ideyalarının təbliği, ictimai və siyasi fəaliyyətindən epizodik məlumat verilsə də, elmi və bədii yaradıcılığı geniş araşdırmaya cəlb edilməyib. Dövrünün geniş və hərtərəfli biliyə malik ziyalısı, qiymətli kitabların müəllifi olan Fazil İrəvaninin  elmi və bədii yaradıcılığı öz tədqiqatçılarını gözləməkdədir. İslam dünyasının ən qədim Əl-Əhzər universitetində təhsil alan, həyatı Azərbaycan-İran-İraq və Misirlə bağlı olan Fazil İrəvaninin “Qızılgül və Bülbül” povestindən başqa elmi əsərləri əsasən, ərəb dilində yazılıb.

Məqalədə, böyük şəxsiyyət, görkəmli ədib, alim, siyasi və ictimai xadim Fazil İrəvaninin təhsil mühiti; Azərbaycan-İran-İraq-Misir izlənilir, fəaliyyəti, elmi   və bədii yaradıcılığı araşdırılır.

Açar sözlər:  Fazil İrəvani, alim, ictimai və siyasi xadim, elmi və bədii yaradıcılığı

Giriş

XVIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının mərkəzi olmuş İrəvan şəhəri, dövrünün mədəniyyət mərkəzi olmuş, Azərbaycana, bütövlükdə Şərqə böyük şəxsiyyətlər bəxş etmişdir. Hələ XVII əsrdə Evliya Çələbi “Səyahətnamə” əsərində bu qədim yürd yerimizdən bəhs edərək yazırdı: “Rəvanda qaazı, molla, hörmətli şeyx, kələntər, daruqə, münşi, yasavul ağası, qorçubaşı, eşikağası, dizçökən ağa, yeddi mehmandar və kəndxuda vardı” (3,s.54). İrəvanın keçmişdə “üləma, fazil, şüara” şəhəri olduğunu görkəmli ədəbiy­yat­şünas alim Firudin bəy Köçərli vurğulayır: “Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, fazil və şüə­ra olub, Axund Molla Məhəmməd İrəvani kimi böyük alim və müç­təhidlər yetiribsə də, axır vaxtlarda belə fazil və alim şəxs­lərdən və dəqiq ədiblərdən və xoştəb şairlərdən məhrum qalıbdır. Elm və mərifət əshalı varsa da, onların ədədi (sayı) avama nisbət çox azdır, yoxluq mənziləsindədir” (7,s.202;23,s.22). Eyni zamanda, “Elm və mərifət əshalının” azalma səbəbi 1828-ci il Türkmənçay,1829-cu il Ədirnə müqavilələrinin şərtlərinə görə Rusiyanın təkidi ilə İran və Osmanlı dövlətlərindən Cənubi Qafqaza köçürülərək məqsədli şəkildə əsasən, Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ ərazilərində məskunlaşdırılması, ermənilərin çarizmin hər cür qayğı və dəstəyi ilə əhatə olunmaları, XIX əsrin ikinci yarısında Cənubi Qafqaza erməni köçünün növbəti mərhələsinin gerçəkləşməsi ilə erməniləri bölgədə XIX əsrin sonu – XX əsrin əvvəllərində bir güc halına gətirilməsini” qeyd edir. Müəyyən tarixi faktlar və şərtlər səbəbindən İrəvanda “Elm və mərifət əshalı” azalsa da, dünyada İrəvani nisbəsi ilə məşhurlaşan böyük şəxsiyyətlər çoxdur. “Şəhri-İrəvan”da doğulan  “üləma, fazil və şüə­ra”lar harada təhsil almalarına, harada yaşamalarına baxmayaraq “İrəvani” nisbəsini götürərək həm özlərini, həm də vətənləri İrəvanı məmnunluqla təqdim etmişlər. Şərq elm tarixində “İrəvani” nisbəsi ilə məşhurlaşan şəxsiyyətlər var; məşhur rəssam və nəqqaş,  bir  çox əsərləri Sankt-Peteburqda-Ermitajda saxlanılan Mirzə Qədim İrəvani (1825-1875), alim və həkim Hacı Sülеyman ibn Salman Qacar İrəvani, alim Əbdülqasim ibn Mirzə Məhəmməd, məşhur həkim və filosof  Mirzə Əbdülqasım və oğlu Ayətullah Molla Əbdülkərim İrəvani və s. Bu adların siyahısını istənilən qədər artırmaq olar. Bu məşhur şəxsiyyətlərdən biri də görkəmli alim, filosof, ictimai və siyasi xadim Şeyxülislam Fazil İrəvanidir. 

Fazil İrəvani yalnz Qafqazda deyil, Şərqin dini ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibi olmuşdu. Adı bir çox mənbələrdə; (Bax:9,s.21;10,s.79-80;15;16;19,s.44 49; 12,s.357-360) keçən, həyatı  və şəxsiyyəti, islami bilik və ideyaların təbliği sahəsindəki fəaliyyəti haqqında məlumat verilən Fazil İrəvani XVIII əsrdə yaşamış böyük din xadimi, dövrünün geniş və hərtərəfli biliyə malik ziyalısı və Qafqazın II şeyxülislamı olub. XIX əsrin  ortalarında elmin inkişafı müsəlman mədəniyyətinin mərkəzlərindən biri olan İrəvanda da daha  çox elmi-teoloji istiqamətdə idi. Bu sahədə, səasən ruhanilər fəaliyyət göstərirdi. Ənənəvi olaraq elmi-teoloji istiqamətdə öyrənilən fəlsəfə, məntiq, fiqh, əxlaq və s. sahələr üstünlük təşkil edirdi ki, bu yalnız İrəvana deyil,  bütövlükdə müsəlman Şərqinə aiddi. Şərqdə olduğu kimi, İrəvan elmi mühitində də ənənəvi elmlərinin öyrənilməsi ilə, əsasən müctəhidlər məşğul idilər. Dövrün məşhur müctəhidlərindən olan Fazil İrəvaninin İrəvanın ruhani ziyalıları içərisində xüsusi yeri olmuşdur.

Fazil İrəvani Bütöv adı Ayətullahu’l-uzma Molla Məhəmməd ibn Məhəmməd Baqir olan, Fazil İrəvani  olaraq məşhurlaşan alim qədim Azərbaycan şəhəri İrəvanda 1782-ci ildə  (10,s.42; 12, s.357), bəzi mənbələrə görə, 1817-ci ildə (14,s.113; 6) anadan olmuşdur. İlk təhsilini İrəvanda, mədrəsədə almışdı. 20 yaşında ikən ali dini təhsil almaq üçün Misirə gedərək buradakı yalnız müsəlman Şərqində deyil, dünyada məşhir оlan “Əl-Əzhər” Unversitetində təhsil almışdır. Bəzi mənbələrə görə, “o, əvvəlcə Kərbəla şəhərinə yola düşərək, təhsilinin birinci mərhələsini burada keçirmiş, Kərbəlada Аyәtullаһ Seyid İbrаһim Qәzvininin dәrslәrindә iştirаk etmişdir. Çох keçmәdәn yüksәk istedаdа mаlik оlduğundаn üsul vә fәlsәfәdә böyük müvәffәqiyyәtlәr qаzаnmışdır. Bаşqа tәlәbәlәrin uzun müddәtdә охuduğu dәrslәri Fаzil İrәvаni qısа müddәtdә vә lаyiqincә bаşа vurmuşdur. Bu şәһәrdә yaşadığı 4 il ərzində fiqh və üsuli-fiqh elmlərinin incəliklərinə yiyələnən Fazil İrəvani, öz dövründə cəfəri məhzəbinin elm paytaxtı sayılan Nәcәfi-Әşrәfә köçür” (16), burada  böyük müctəhidlərin dərslərində iştirak edir. Uzun illәr bоyu mәşһur İslаm аlimlәrindәn Аyәtullаһ Şeyх Murtәzа Әnsаri, Аyәtullаһ Şeyх Hәsәn Kаşiful-Qitа, Аyәtullаһ Şeyх Mәһәmmәd Hәsәn Nәcәfi (“Cәvаһirul-kәlаm” kitаbının müәllifi) vә s. öyrәnir. Üsul vә fiqһ dәrslәrini ustаdı Аyәtullаһ Şeyх Әnsаridәn аlmаqlа yanaşı, eyni zаmаndа bu kitаblаrı tәdris etmәyә bаşlаyan аlimin şöһrәti qısа müddәt әrzindә һәr tәrәfә yаyılır. Tәlәbәlәr һәr tәrәfdәn оnun dәrsindә iştirаk etmәk üçün ахışırlаr. Аyәtullаһ Şeyх Әnsаri dünyаsını dәyişdikdәn sоnrа Fаzil İrәvаni zәmаnәsinin mücteһidi оlаn Seyid Hüseyn Kuһkәmәri Tәbrizinin dәrslәrindә iştirаk edir vә ictiһаd, şəri hökmləri Qurаn, hədis və digər mənbələrdən əldə еdib bəyаn еdən аli rütbəli ruhаni” (17, s.99) mәqаmınа çаtır. “Şeyx Həsən Kaşifu’l-Qita “Cəvahiru’l-kəlam” kitabının müəllifi Şeyx Məhəmməd Həsən İsfahani Nəcəfi və müctəhidlərin şeyxi Mürtəza Ənsari kimi elm nəhəngləri Fazil İrəvaninin səylərini lazımi istiqamətə yönəldərək, onun bacarıqlı müctəhid kimi yetişməsinə köməklik göstərməsi haqqında məlumatlar tarixçi, siyasətçi və şair Yəhya Dövlətabadinin “Məfaxer-e Azərbaycan” əsərinin. I cildində, 243, 357, 408-səhifələrində (21, s.177-178), Doktor Əqiqi Bəxşayişinin, Böyük Hacağanın  fikirlərində də öz əksini tapır: Yəhya Dövlətabadi Ayətullah molla Məhəmməd İrəvani haqqında yazır: “Hicri-qəməri tarixi ilə 1281-ci ildə şeyx (Mürtəza) Ənsari dünyadan köçür və onun ölümündən sonra görkəmli şəxslərin hamısı ortaya öz iddiasını qoyaraq, onun yerinə keçmək istəyir. Əlbəttə, bu elmi dairənin tələbələrinin də rəis seçkisinə müdaxilə etmək hüququ var idi. Onlar əsasən türklərdən ibarət idilər. Hər qrup hövzə rəisinin onlardan olmasına çalışırdı. Göstərilən vəzifəyə isə iki namizəd vardı – bunlardan biri Ağa Seyid Hüseyn Kuhkəməri, digəri Molla Məhəmməd İrəvani idi. Belə olan halda Hacı Seyid Hüseyn birinci, İrəvani ikinci rəis olur. Ancaq çox keçmədən Hacı Seyid Hüseyn dünyasını dəyişir. Beləliklə, Molla Məhəmməd İrəvani birinci rəis və Şeyx Məhəmməd Həsən ikinci rəis seçilir” (21,s.177-178); Ayətullah Molla Məhəmməd ibn Məhəmməd Bağır İrəvani-Nəcəfini böyük fəqih, əxlaq sahibi, fiqh sahəsində hövzənin ən nüfuzlu şəxslərindən biri” kimi təqdim edən doktor Əqiqi Bəxşayişi yazr: “. O, görkəmli müctəhidlərdən biri olmaqla, elmi, zəkası, natiqliyi sayəsində fazil şəxslər arasında birinci yerdə dayanırdı. İrəvani hicri-qəməri tarixi ilə 1232-ci ildə İrəvanda dünyaya göz açmış, ibtidai təhsil aldıqdan sonra İraqa köçmüşdü. Əvvəl Kərbəlada mərhum Seyid İbrahim Qəzvinidən dərs almış, sonra dörd il sərasər fiqh və fiqh üsulunu öyrənmişdi. Sonralar Nəcəfül-əşrəfə mühacirət edərək uzun müddət həmin şəhərdə yaşamış, tədris və təlimlə məşğul olmuş, müasirləri arasında Fazil İrəvani kimi şöhrətlənmişdi. Ayətullah Seyid Hüseyn Kuhkəməri vəfat edəndən sonar zamanın mərcəyi-təqlidi təyin olunmuş, bütün Azərbaycan və Qafqaz müsəlmanlarının şəri məsələlərlə bağlı problemlərini həll etmişdir. O, Şeyx Tusi məscidində camaat namazına durar, bütün alim və təhqiqatçılar onun hüzuruna gələrdilər. O, idarəetmə fənninin bilicisi şeyx Murtəza Ənsarinin, ənvarül-fiqh sayılan şeyx Həsənin və məntiq elminin ustadı kimi tanınan şeyx Məhəmməd Həsənin yanında oxumuşdu. Şeyx Ənsari və şeyx Məhəmməd Həsən ona ictihad icazəsi vermişdi” (21,s.177-178); yenə həmin mənbədə mərhum Böyük Hacağa yazır: “O, zəvabət (idarəetmə), məntiq və s. dərslərdə iştirak etsə də, əllamə şeyx Murtəza Ənsarinin mühazirələrinə daha çox vurulmuşdu. Seyid Kuhkəmərinin vəfatından sonra o, mərcəyi-təqlid oldu. Onun öz xətti ilə yazılan “Kitabül-bey-ül istidlali” əsərini oğlu Şeyx Mahmudun yanında gördüm” (21,s.177). Hətta “Fazil İrəvani təhsilinin son mərhələsində yalnız Şeyx Ənsarinin dərslərində iştirak edirmiş. Yaxın Şərq mənbələrində; “Reyhanətu’l-ədəb” kitabında onun haqqında yazılır: “Şeyx Ənsari və Seyyid Hüseyn Kuhkəməridən sonra Nəcəf elm hövzəsində tədris və dini rəyasət ona verildi (Еlmi hövzә şiә аlimlәri tәrәfindәn yаrаdılаn dini mәdrәsәlәr mәcmusudur. Bu mәdrәsәlәrdә әn`әnәvi dini fәnlәr, о cümlәdәn әrәb dili qrаmmаtikаsı, tәfsir, fiqh, üsul, mәntiq, fәlsәfә vә digәr dәrslәr kеçirilir) və o, bilik sahiblərinin müraciət mənbəyi oldu. Onun mə’qul və mənqul elmlər sahəsindəki mütəxəssislik və əhatəliliyini heç kim inkar etmirdi. O, Hindistan, İran, Türkiyə, Qafqaz və Rusiyada böyük şöhrətə malik idi və əksər şiələrin mərcəi-təqlidi sayılırdı. Fazil İrəvani Nəcəf şəhərindəki Şeyx Tusi məscidində camaat namazına imamlıq edirdi. Deyilənlərə görə, bu namazlar həddən artıq izdihamlı keçirmiş” (15;16)

İrevan

Rizvan Rəhimоvun “Azərbaycan alimlərinin həyatı” kitabında (15;16) verilən mənbələrdə; Maһmud Tәyyаr Mәrаğinin “Mәrzdаrаni-fәqаһәt” (s.182); Mәһәmmәdtәqi Vаizeyn Quminin “Buluğil-Әmаni” (s.214-285);  Mәһәmmәd Әli Müdәrris Tәbrizinin, “Reyһаnәtul-әdәb” (cild 4,s.279); Mәһәmmәdtәqi Himmәtul-vаizeyn Quminin, “Хаndаni irәvаni” (s.115-117) ensiklopedik alimin şəxsiyyəti, elmi, kitabları və yetişdirdiyi tələbələr haqqında bilgilər verilir. Maһmud Tәyyаr Mәrаğinin “Mәrzdаrаni-fәqаһәt” kitabında (s.182) yazılır: “Nәcәfi-Әşrәfdә оnun çıхışlаrını rәğbәtlә qаrşılаyır vә dәrslәrini lentә yаzırdılаr. Аlimin elmi mәqаmı о qәdәr yüksәlmişdi ki, о dövrün mәrcәyi-tәqlidlәrindәn biri оlаn Аyәtullаһ Şeyх Mәһәmmәd Hәsәn Mаmаqаnidәn şәri suаllаr sоruşulаndа buyurаrdı: “Nә qәdәr ki, Fаzil İrәvаni һәyаtdаdır, bizlәrdәn şәri suаllаr sоruşmаyın. Bu cür şәхs оlаn yerdә bizim fәtvа vermәyimiz düzgün deyil” (15;16). Mәrһum Аyәtullаһ Хiyаbаni isə özünün “Ülәmаyi-müаsirin” аdlı kitаbındа yаzır: “Dоstlаrımdаn biri deyirdi: Nәcәfi-Әşrәfә getmişdim. Ахşаm üstü şәһәrә dахil оldum vә Fаzil İrәvаninin pişnаmаz оlduğu cаmааt nаmаzındа iştirаk etdim. Ziyаrәtә gәlәnlәr nаmаzı qılıb qurtаrdıqdаn sоnrа оnun dövrәsinә yığışıb müхtәlif şәriәt mәsәlәlәri sоruşmаğа bаşlаdılаr. Аğа dа әlindәki tәsbeһlә zikr edә-edә оnlаrın suаllаrınа qulаq аsırdı. Elә ki, һаmı suаlını verib qurtаrdı, Аyәtullаһ Fаzil İrәvаni оnlаrın һаmısınа bir-bir cаvаb verdi. Bundаn sоnrа tәzәdәn tәsbeһi götürüb zikr etmәyә bаşlаdı” (15;16). Mәһәmmәd Әli Müdәrris Tәbrizinin, “Reyһаnәtul-әdәb” kitabında (cild 4,s.279; s.214-285) Fazil İrəvaninin 30 tələbəsinin adı çəkilir; Аyәtullаһ əl-uzmа Şeyх Hаdi Teһrаni; Аyәtullаһ əl-uzmа Seyid Әbul Hәsәn Әngәci Tәbrizi; Аyәtullаһ əl-uzmа Seyid Әbdül Hüseyn lаri Dezfuli; Аyәtullаһ əl-uzmа Mövlа Mәһәmmәd Әli Nахçıvаni Nәcәfi; Аyәtullаһ əl-uzmа Mirzә Sаdiq Аğа Mücteһid Tәbrizi; Аyәtullаһ Şeyх Әbulqаsim Оrdubаdi; Аyәtullаһ Şәһid Әbdülqәni Bаdkubeyi; Аyәtullаһ Şeyх Bаqir Dezfuli Kаzimi;Аyәtullаһ Seyid Mәһәmmәdtәqi Tаliqаni; Аyәtullаһ Mirzә Cәfәr Qәzvini Hilli; Аyәtullаһ Mоllа Әһmәd Kuze Kәtаni Tәbrizi; Аyәtullаһ Mirzә Mәһәmmәd Hәsәn Nuri Tәbrizi; Аyәtullаһ Mirzә Әbdülvәһһаb Tәbаtәbаi Tәbrizi; Аyәtullаһ Hаcı Şeyх Cаvаd Qаrimi Әbһәri Zәncаni; Аyәtullаһ Sәid Rәzi Sаvici Tәbrizi (“Müstәnbit” lәqәbi ilә mәşһur оlub); Аyәtullаһ Şeyх Mәһәmmәd Hirzuddin Nәcәfi; Аyәtullаһ Seyid Әһmәd Bәһbәһаni Hаiri; Аyәtullаһ Mirzә Hәsәn Әliyаri Tәbrizi; Аyәtullаһ Аğа Seyid Əli Höccәt Kuһkәmәri Tәbrizi; Аyәtullаһ Şeyх Mәһәmmәd Hәmәdаni Cәvәlаni; Аyәtullаһ Seyid Mәһәmmәd Hüseyn Qәzvini Hilli; Аyәtullаһ Seyid Mәһәmmәd Şәrif Fәzәvi Şirаzi; Аyәtullаһ Mirzә Hidаyәtullаһ Qәzvini; Аyәtullаһ Şeyх Әbdülhüseyn Meşkini (“İmаm” lәqәbi ilә mәşһur оlub); Аyәtullаһ Seyid Әbdüssәmәd Cәzаiri Şüştәri; Аyәtullаһ Şeyх Mәһәmmәd Bаqir Bircәndi Rаini Хоrаsаni; Аyәtullаһ Mirzә Әli Әkbәr Mücteһid Әrdәbili; Аyәtullаһ Mövlа Mәһәmmәd Meһdi Nәbаbi Mәrаqi Hаiri; Аyәtullаһ Mirzә Yәһyа; Аyәtullаһ Mirzә Mәһәmmәd Bаqir İrәvаni Nәcәfi” (15). İslam maarifini səylə genişləndirən Fazil İrəvani yalnız tələbələr yetişdirməklə qalmamış, öz övladlarını da elmə, təhsilə yönləndirmişdir. F.İrəvaninin yüksək elmi ilə tanınan oğlanları; Şeyx Cavad İrəvani Nəcəfi, Şeyx Cavad İrəvani Nəcəfinin оğlu Ayətоllah Şeyx Məhəmmədtəqi İrəvani və Ayətоllah  Şeyx Məhəmmədbaqir İrəvani mükəmməl ruhani təhsili almış, üsul və fiqh sahəsində məşhur alimlərdəndir” (15). Həmçinin “Alimin qardaşı Şeyx Əli Əsgər İrəvani də Nəcəf və Kərbala şəhərlərində məşhur alimlərdən dərs almışdır. Şeyx Əli Əsgərin oğlu Höccətül-İslam Hacı Şeyx Musa Nəcəfi İrəvaninin də zəmanəsinin islam alimləri arasında özünəməxsus böyük məqamı olmasından bəhs edilir” (14s.113).

Məşhur islam alimi özü kimi оnlаrlа аlim vә mücteһid yetişdirmiş, yetişdirdiyi alim, müctehid və müqәllidlәri İslаm аlәmində böyük nüfuz qazanmışdı. “Tanınmış alim Hacı Mirzə Məhəmməd, Təbrizin o dövrdəki şeyxulis­la­mı (22,s.95) və  bütün Qaf­qazda və İranda məşhur olan alim və tarixçi Mühəqqiq İrə­vani də Fazil İrəvaninin yetirmələrindəndir.

Dərin dini biliyi ilə yanaşı, iman, əxlaq, mənəviyyat və təqva (ruh və nəfsin hifz edilməsi) baxımından da çox yüksək səviyyədə olan Fazil İrəvaniyə  “Hindistаn, Türkiyә, Qаfqаz, İrаn vә Rusiyаdаn şәriәt vergilәri (хüms, zәkаt) göndәrilirdi” (rəhimov). Dünya malından çox elmə, əxlaqa, mənəviyyata önəm verən, zahidanə həyat tərzi yaşayan bu imanlı ziyalı ona göndərilən xüms-zəkat pullarını da son qəpiyinə kimi dini elmləri öyrənən tələbələrə və digər lazımlı işlərə sərf etmişdir. Fazil İrəvanini öz müasirləri, xüsusilə, müctəhidlər arasında böyük nüfuza malik olmuşdur.

Beləliklə, təhsil və tədqiqatlardan, həmçinin Şeyx Mürtəza Ənsari, Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfidən ictihad icazəsi adıqdan sonra Fazil İrəvani Nəcəf elm mərkəzində çalışmış, dərs deməyə başlamışdı. İslam aliminin verdiyi fiqh (Fiqh-İslаmdа şəri hökmləri, vаcib, hаlаl, hаrаm və digər bu kimi məsələləri öyrənən еlm) və üsuli-fiqh (üsul-qаydаlаr, prinsiplər dеməkdir. Fiqhi аrаşdırmаlаrdа lаzım оlаn qаydа-qаnunlаr tоplusudur. Şəri hökmləri əldə еdərkən fiqhi dəlillərdən-Qurаn, sünnə, icmа və аğıldаn istifаdə yоllаrını öyrədir) dərsləri yüksək qiymətləndirilmişdir. Bütün bunlar Fazil İrəvaninin şöhrətinin və tələbələrinin daha da artması, sonralar məşhur alim kimi tanınacaq bir çox din xadiminin yetişməsində əvəzsiz xidmət göstərməsi (22,s.95) ilə nəticələnmiş, Şimali və Cənubi Azərbaycandan dini təhsil almaq məqsədi ilə Nəcəfə gedən tələbələrin çoxu Fazil İrəvaninin dərslərində iştirak etmişdi.

Alim Fazil İrəvani mərcəi-təqlid kimi daha da məşhurlaşmışdı. “Mәrcеyi tәqlid-tәqlid yеri, tәqlid mәnbәyi dеmәkdir. Bаşqа müsәlmаnlаr tәrәfindәn tәqlid еdilәn müctәhidlәrә dеyilir” (17,s.100). Əsasən, “Аli dərslər fiqh və üsul еlmlərinə аid оlub, müctəhid və mərcеyi-təqlidlər tərəfindən tədris еdilir. Müctəhid bu dərslərdə qаbаqcаdаn аpаrdığı tədqiqаtlаrdаn istifаdə еdərək hər hаnsı bir fiqhi məsələ və yахud üsul еlminə аid qаnunlа bаğlı müхtəlif nəzərləri tənqidi bахımdаn аrаşdırır, аldığı nəticəni və şəхsi rəyini bəyаn еdir. Bu dərslər tələbələrə uyğun еlmlərin tədqiqаt mеtоdunu öyrətməklə yаnаşı, həm də оnlаrı tədqiqаtа sövq еdərək bir növ müctəhidliyə hаzırlаyır. Sözügеdən mərhələni Frаnsа təhsil sistеminin dоktоrаnturа mərhələsilə еyniləşdirmək оlаr” (17,s.101).

Ümumiyyətlə, ömrü bоyu islam elmi, islam fəlsəfəsi, islam hüququ ilə məşqul оlan mütəfəkkirin həyatından bəhs edən biblioqraflar onu “füru və üsul elmlərini (İslam hüququ üsul və füru olaraq iki mühum elmi sahəyə ayrılır. Üsul, islam hüququnun əsas və ikinci dərəcəli mənbələrindən hökm çıxarma metod və qaydalarından bəhs edən bir elmdir. Füru isə hər hansı bir üsul metodundan istifadə edərək həm hüquqi, həm də ibadətlərə aid ortaya çıxan hökm və dini təlimatlardan ibarətdir) bütöv əhatə edən, mə’qul (ağla və məntiqə əsaslanan) və mənqul (rəvayətə əsaslanan) elmlərin bilicisi” kimi qiymətləndirmişlər.

Misirin Əl-Əhzər universitetinin məzunu, uzun müddət İraqda (Nəcəf), İranda (İsfahan və Təbriz) axundluq etmiş, Qafqazın II Şeyxülislamı Fazil İrəvani şərəfli ömrünü İslam maarifini, islam fəlsəfəsini öyrənməyə və öyrətməyə həsr etmiş, Şərq tarixi və dini elmlərə aid bir neçə risalənin müəllifi kimi Şərqdə böyük şöhrət qazanmışdır. Mənbələrdə; (15; 19; 14; 21) Fazil İrəvaniyə aid edilən 15-ə yaxın kitabın; ”İctimаul-әmri vәn-nәһy” (üsuli-fiqһ, әrәb dilindә), ”Әl-ictiһаdu vәt-tәqlid” (üsuli-fiqһ, әrәb dilindә), ”Әһkаmul-хәlәli fis-sәlаt” (fiqһ, әrәb dilindә), ”Әl-istiһsаb” (üsuli-fiqһ, әrәb dilindә), ”Әs-sаlаtul-bәrаәt” (üsuli-fiqһ, әrәb dilindә),”Әt-tаdu vәt-tәrаciһ” (üsuli-fiqһ, әrәb dilindә),”Hаşiyәtun әlа qәvаidil Әllаmә” (fiqһ, әrәb dilindә), ”Hаşiyәtun әlа tәfsiril-beyzаvi” (tәfsir, әrәb dilindә),”Kitаbul-әczа” (üsuli-fiqһ, әrәb dilindә), ”Hаşiyәtun əlа Rәsаili Şeyх Әnsаri (üsuli-fiqһ, әrәb dilindә), ”Üsulul-fiqһ” (üsul, әrәb dilindә), ”Höcciyyәtul-mәzәnnә” (üsuli-fiqһ, әrәb dilindә),”Hаşiyәtun әlа qәvаidi şәһid Әvvәl” (fiqһ, әrәb dilindә),”Әl-mәkаsibul-müһәrrәmә” (fiqһ, әrәb dilindә),”Hаşiyәtun әlа mәkаsibi Şeyх Әnsаri” (fiqһ, әrәb dilindә) adı çəkilsə də daha çox “Beyzavi təfsirinə haşiyə”, “İctihad və təqlid”, “Üsulu’l-fiqh”, Şeyx Mürtəza Ənsarinin “Məkasib” və “Rəsail” kitablarına haşiyə, “İstishab” və s. daha çox əsərləri məşhurdur” (14,s.113; 16). Görkəmli alimin “qədim Şərq tarixi­nə, dini fəlsəfəyə, müsəlman dünyasının milli adət-ənənələrinə aid yaz­dığı qiymətli məqalələri təkcə İranda deyil, digər Yaxın Şərq ölkələrində də müəllifinə böyük nüfuz qazandırmışdır (13,s.194). Əsərləri bir çox dillərə tərcümə olunmuş, Təbriz, Peterburq, Berlin, Parisdə çap olunmuş Fazil İrəvaninin “Paklıq kitabı” adlı əsəri Cənubi Azərbaycanın məşhur din xadimi Molla Əhməd Güzəkünaninin tapşırığı ilə 1883-cü ildə Təbrizdə fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən çap olunmuşdur.

XIX əsrə aid olan türk, gürcü və erməni mənbələrindən məlum olur ki, Fazil İrəvaninin “Tarixi-İrəvan” adlı əsəri də (əlyazması) olmuşdur. İrəvan və Qərbi Azərbaycan əyalətlərinin tarixinə, Azərbaycan xanlıqlarının fəaliyyətinin tarixi tədqiqatına həsr edilmiş əlyazmanın təəssüf ki, bu günə qədər hansı arxivdə saxlandığı məlum deyil. “Bəlkə də əlyazma indiki İrəvan arxivlərində ya məhv edilib, ya da hansısa erməni müəllifinin adına dəyişdirilərək nəşr edilmişdir. Qeyd edək ki, tarixi-elmi əsərlərin müəlliflərinin dəyişdirilməsi faktları günümüzdə də ermənilər tərəfindən davam etdirilməkdədir” (19,s.46). Bədii yaradıcılıqla məşğul olmuş Fazil İrəvaninin gənc yaşlarında İrəvanda,  Azərbaycan dilində yazdığı “Qızılgül və bülbül” povesti çox məşhurdur.

İrevan Mavi Cami

Şeyxülislamlıq Fəaliyyəti  

Fazil İrəvanı 20 yaşında ayrıldığı vətəninə, doğma şəhəri İrəvana bir də 45 yaşında qayıtmış, buradakı Göy Cami məscidində baş  axund kimi fəaliyyətə başlamış, “dini mədrəsə açan Fazil İrəvani İslam fəlsəfəsini öyrətməklə çoxlu sayda din xadimləri yetişdirmişdi” (19,s.46). Bu zaman artıq Azərbaycan Türkmənçay müqaviləsi ilə ikiyə bölünmüşdü. Bəzi mənbələrdə “Rusiyanın qələbə qazanmasının, İranın isə məğlubiyyətə uğra­masının səbəblərindən biri kimi rusların Qafqazın müsəlman din xadimlərinin xidmətindən məharətlə istifadə etməsi göstərilir” ki, o dövrdə az da olsa belə din xadimləri vardı. Hacı Fuad Nurullayevin “Şeyxülislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə” kitabında yazılır: “Belə ki, İran əhalisini ruslara qarşı müqavimətdən çəkindirən Təbriz müctəhidi Mir Fəttah Təbatəbainin tutduğu mövqeyi yüksək qiymətləndirən çar Rusiyası onu Tiflisdə Qafqaz müsəlmanlarının müctəhidi təyin etdi. On yeddi il bu vəzifədə fəaliyyət göstərən Mir Fəttah Təbatəbai müsəlmanlar arasında birlik və dini inanclara sədaqətdən daha çox təriqətləri qızışdır­maqla qarşıdurmalar yaratmağa, Rusiya siyasətinin Qafqazda möhkəmlənməsinə xidmət etdi.Müctəhidliyi dövründə Qafqaz Şeyxülislamı Məhəmmədəli Hüseynzadə ilə tez-tez ixtilaflar ya­radaraq onu həm insanlar, həm də hökumət qarşısında hörmətdən salmağa çalışan Mir Fəttah Təbatəbai hətta sünni-şiə qarşıdur­ması yaratmaqdan da çəkinmirdi. Lakin Tiflisin müsəlman ziya­lıları, xüsusilə Rusiya xidmət orqanlarında qulluqda olan alim və ədiblər bütün hallarda Şeyxülislam Məhəmmədəli Hüseynzadəni müdafiə edir, Mir Fəttah Təbatəbainin İslam dininə, eləcə də imperiyanın nüfuzuna “zərbə” vurmasını bildirirdilər. Bütün bunları nəzərə alan Çar I Nikolay 1843-cü ildə Mir Fəttah Təbatəbainin Rusiya təbəəliyindən çıxarılması, ölkədən qovulması və Rusiyaya gəlməsinin qadağan olunması barədə fərman imzaladı. Hətta sonralar Mir Fəttah Təbatəbainin iki oğlu ruslar tərəfindən terror bəhanəsi ilə öldürüldü” (19,s.43). Məhz  Mir Fəttah Təbatəbainin qarşısı alındıqdan sonra 1843-cü ildə dini və dünyəvi elmlərə bələd olan, müctəhid Fazil İrəvani Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsinə (Qafqaz müsəlmanları Şiə Ruhani idarəsi sədrinin müavini) dəvət olunur və dəvəti qəbul edir. Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsində çalışdığı dövrdə Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir, işini təkmilləşdirir. Diyarın müsəlman əhalisi ruhani dairələrinə bölünməklə diyarda şəriət məhkəmələri yaradılır. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilir. Beləliklə, əvvələr müctəhidin səlahiyyətində olan qayda-qanunların həyata keçirilməsi şeyxülislama həvalə edilir (11, s.78-80). 1846-cı ildə Fazil İrəvani Qafqazın Şeyxülislamı seçilir (1847-1862). Fazil İrəvaninin Qafqazın Şeyxülslamı seçilməsi qurumun mövqeyinin möhkəmlənməsinə və fəaliyyətinin gücləndirilməsinə şərait yaradır. “Şeyxülislam İrəvani bir çox qanunları sistemləşdirir, idarənin fəaliyyətinə prokuror nəzarəti ləğv edilir, ən önəmlisi yüksək ruhani şəxslərin təyin edilməsini ruhani idarəsi özü həyata keçirməyə başlayır. Nigah bağlanması və boşanmaların həyata keçirilməsi səlahiyyətləri məscid ruhanilərindən alınaraq daha yüksək savada malik olan axundlara həvalə edilir. Qazıların səlahiyyətlərinə aid məsələlərə geniş yer ayrılır” (11,s.78-80).  “Şeyxülislam Fazil İrəvaninin gərgin əməyi, həmçinin Qaf­qaz canişini Vorontsovun yanında söz və nüfuz sahibi olması nəticəsində dini məktəblərin açılması və idarə olunması, ruhani adlara yiyələnmək üçün sınaqların həyata keçirilməsi, azyaşlılar üzərində qəyyumluğun təyin olunması, seyid adına iddia edənlərin hüquqlarının müəyyən olunması və bir çox başqa məsələlər dairə qazılarına həvalə edildi. Dairə qazıları isə əsas hesabatlarını şeyxülislama verməklə ona tabe idilər. Şeyxülislama dini məsələlərdə fətva vermək hüququ da məhz Fazil İrəvaninin fəaliyyətinin nəticəsində verildi. Əldə etdiyi uğurlara görə I, II, III dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif edilən Şeyxülislam Fazil İrəvani, həmçinin İran hökuməti tərəfindən də yüksək mükafatlara layiq görülmüşdü” (1,s.82;7,s.46). İrəvaninin hökümət yanındakı nüfuz və söz sahibi olması, əməyinin qiymətləndirilməsi,  şeyxülislamlıq fəaliyyəti dövründə dini idarəyə çoxlu sayda əlavə səlahiyyətlərin alıması canişin Paskeviçi narahat edirdi. Çünki idarənin yaradılması ilə bağlı çar fərmanı olmadığından onu nəinki genişləndirmək, heç yaratmaq belə, olmazdı. Paskeviç hətta şeyxülislamın səlahiyyətlərini azaltmaq, müctəhidliyi bərpa etmək və İrandan yeni müctəhidlər gətirmək təklifləri ilə də çıxış edirdi. Qafqazda İslam dininin imperiyaya xidmət yollarını arayıb-axtaran xüsusi komissiyanın sədri Bulatovun Paskeviçə yazdığı məktubda Şeyxülislamın nüfuzundan əndişəsi açıq-aşkar ifadə edilir: “Zaqafqaziya şiə müsəlman ruhanilərinə rəhbərlik edən, həmçinin şeyxülislam adı daşıyan Məhəmmədəli Hüseynzadə və Fazil İrəvani kimi şəxslər böyük nüfuz sahibidirlər. Onların rəyləri həmdindaşları tərəfindən birmənalı şəkildə qəbul edilir və sözsüz icra olunur. İrandan müctəhidlərin gətirilməsini olduqca uğursuz cəhdlər kimi qiymətləndirirəm” (11,s.82). “Qaf­qaz ruhanilərinin idarə olunması” regionda müsəlmanların sıxışdırılması, imperiyanın nüfuz və işğalçılıq siyasətinin möhkəmləndirilməsinə xidmət edən təkliflərin; Ayrıca Zaqafqaziya Müsəlman Ruhaniliyi yaradılması və ruhani şəxslərin fəaliyyətinin yalnız maddi vəziyyətə bağ­lanması”nın (11,s.83) əleyhinə olan ilk Şeyxülislam Məhəmmədəli Hüseynzadə və Fazil İrəvani bu məsələlərlə bağlı komissiyaya öz təkliflərini bildirirlər. “Vəziyyətin getdikcə gərginləşməsi ilə yanaşı, Şeyxülislam Fazil İrəvaninin istefa verməsindən narahat olan ca­nişin və çar komissiyası güzəştə getmək məcburiyyətində qalsalar da, 1846-cı ildən 1862-ci ilə qədər Qafqazın şeyxülislamı olan Fazil İrəvaninin fəaliyyəti dövründə şeyxülislamla canişinlik arasında narazılıqlar səngimir. Ruhani idarəsinin yaradılması, genişləndirilməsi, əlavə işçilərin qəbulu və yerlərdə şöbələrin açılması ilə bağlı təkliflər həyata keçməsə də etiraz da edilmir­. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin yaradılması, habelə idarənin ştat cədvəlinin yeddi nəfərə qaldırılması, işçilərin əmək haqlarının dövlət məmurlarının əmək haqlarının səviyyəsinə çat­dırılması kimi səlahiyyətlər yalnız üçüncü Şeyxülislam Əhməd Hüseynzadənin şeyxülislamlığı dövründə, yəni 1872-ci ildə çar fərmanı ilə həyata keçirildi. Qafqazın ilk şeyxülislamının oğlu, Əli bəy Hüseynzadənin babası Əhməd Hüseynzadə təhsilini başa vurub İraqdan Tiflisə geri qayıtdıqdan sonra onun son dərəcə bacarıqlı və savadlı olduğunu görən Şeyxülislam Fazil İrəvani Əhməd Hüseynzadəni yanında işə qəbul edir” (19,s.46). Özündən sonra bu vəzifəyə layiqli namizəd kimi Əhməd Hüseynzadəni hazırlayan Fazil İrəvani uzunmüddətli fəaliyyətdən sonra, 1862-ci ildə şeyxülislamlıq vəzifəsindən istefa verərək doğma şəhəri İrəvana köçmüşdür.

Qafqazda böyük “nüfuz və söz sahibi” olan Fazil İrəvani Şeyxülislamlıqdan istefa etdikdən sonra da bir çox müşkül sahiblərinin işlərinin həll olunmasına vəsilə olmuşdur: “1871-ci ildə Lən­kəranda müəllim işləyən şair Mirzə İsmayıl Qasir, məhkəmə katibi və Sadıq bəy Mehmandarov ağır ehti­yac içində yaşayan əhaliyə şəhərin Forştat hissəsində məskunlaş­mış rus­ların və almanların əkdikləri kartofdan yemələrini məslə­hət gördüklərinə görə ruhanilər onların hər iki­sinin Lənkərandan qovul­ma­sı barədə qərar çıxarırlar. Başqa əcnəbi millətlərin becər­diyi kar­tofu murdar adlandıran savadsız ruhanilər şair Qasiri və hüquq­şunas Sadıq bəyi kafir adlandırır və kartofdan istifadəni camaata qa­dağan edirlər. Mirzə İsmayıl Qasir və Sadıq bəy bu barədə məktubla Qafqaz şeyxülislamı Fazil İrəvaniyə müraciət edirlər. O, qərarı ləğv etməklə, hər iki zi­yalının müdafiə edir” (8,s.196). Dərin elmi biliyə malik olan imanlı ziyalıya müraciət edənlərdən biri də, Azərbaycan tarixinə alim, pedaqoq, şair və musiqişünas kimi daxil olan Mir Möhsün Nəvvab idi.

Musiqi sahəsində, xüsusən muğamlarımızın tədqiqində xüsusi rolu olan Nəvvab, həmçinin Azərbaycan dilində (əski əlifba ilə) yazılmış və nəşr olunmuş yeganə risalənin  müəllifidir (18). Mir Möhsün Nəvvab “Orta əsr muğam nəzəriyyəsinin ənənələrini özündə  əks etdirən risaləsində “Orta əsr traktatlarında geniş işıqlandırılmış bud (interval), cins (tetraxord), iqa (ritm) və digər məsələlərə toxunmamışdır. Onun əsərinin əsas istiqaməti praktiki, təcrübi, əməli məqsəd daşımışdır. Bu da əsasən Orta əsrlərdən sonra yazılmış risalələr üçün xas idi. Bu risalələr muğamların öyrənilməsi üçün dərslik kimi də nəzərdə tutulmuşdur” (2,s. 4-9). Maraqlıdır ki, Mir Möhsün Nəvvabın risaləsi fars dilində yazılmış və Fazil İrəvaniyə verilən qeyri-adi sualla – epiqrafla başlayır: “… Musiqi elmində məharəti olub, özü xanəndəlik etməyən, müğənniliyi və təğənnini haram sayan bir şəxs elmi məqsədlə musiqidən istifadə etsə, onu yadda saxlasa, tədris etsə, çap etsə, yazsa, satsa, yazıb öz kitabxanasında saxlasa – caizdir, ya yox?” (18).  Fazil İrəvaninin Nəvvaba cavabı belə idi: “Musiqi elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil.” Risalədə Fazil İrəvaninin cavabının altında onun möhrünün surəti də verilmişdir  (20,s.257). Mir Möhsün Nəvvab belə bir hörmətli şəxsin imzasını aldıqdan sonra yenə də musiqi sənətinə və yazdığı əsərə bəraət qazandırmaq məqsədilə risaləni “Ruhani qar-daşlarına!” müraciəti ilə başlayır: “Ruhani qardaşların hüzuruna ehtiramla ərz-əhval edir bəndeyi-aciz Nəvvab Mir Möhsün Ağamirzə Qarabaği, o əşxaslar ki iltifat nəzə-rilə bu fəqərata mülahizə buyuracaqlar, güman ki, bəndeyi-acizin məqsudi bu bəya-nətin iqdamından odur ki, onun istemalını caiz və həramiyyətini halal bilirik” (20,s.257). M.M.Nəvvab “Ruhani qardaşlarına” musiqi elmi ilə “qüdrətli və bacarıqlı” alimlər məşğul olduğunu, bütün dövrlərdə, əsrlərdə onların “elmin ləzzətini dünyanın cəmi ləzzətindən artıq hesab etmələrini” bildirərək qeyd edir: “Bizim də elmiyyədən savayı bir niyyətimiz yoxdur” (2,s.3-8). Beləliklə, Yaxın Şərqdə o cümlədən Qafqazda söz və nüfuz sahibi olan, şərəfli ömrünü siyasi və ictimai xadim, görkəmli alim və yazıçı olaraq yaşayan, İslam maarifinin çiçəklənməsinə və təbliğinə həsr edən bu böyük şəxsiyyət, eyni zamanda insanların üz tutduğu, məsləhət aldığı alimlərdən idi, deyə bilərik.  

Böyük şəxsiyyət, məşhur din alimi, nurlu insan, imanlı ziyalı, Qafqazın II şeyxülislamı Fazil İrəvani uzun ömür sürmüş, 103 yaşında həyatdan köçmüşdür. Fazil İrəvaninin doğum və  vəfat tarixləri, dəfn yeri mənbələrdə, fərqli illərdə və fərqli yerlərdə keçir. Doğum yeri İrəvan olan alimin doğum tarixi;  İrəvan, 1817 (14,113;12,357); İrəvan, 1782 (7), vəfat tarixi 1888-ci il Nəcəf şəhəri (14), 1889 Nəcəf (12,s. 360,16); 1885, Nəcəf  (19,s.42); Dövlətabadiyə görə, hicri-qəməri tarixi ilə 1306-cı il rəbiüləvvəl ayının 3-də (cümə günü) kimi verilir. Dəyişməyən fakt Fazil İrəvaninin İrəvanda doğulması və 103 yaşında vəfat etməsidir. Verilən tarixləri; 1817-1888 (14,s.113); 1782-1885 (19,s.48); 1817-1889 (12,s.360;16) qarşılaşdırdıqda və bütün mənbələrdə Fazil İrəvaninin 103 yaşında vəfat etməsini nəzərə aldıqda ən uyğun və doğruluq payı daha çox olan doğum və vəfat tarixlərini 1782-1885-ci illər olaraq qəbul etmək olar.

Adətən görkəmli şəxsiyyətlərin adı öldükdən sonra münasib yerlərə; küçə, məktəb, rayon və s.  verilir. Sağlığında böyük nüfuz və şöhrətə  malik olan Şeyxülislam Fazil İrəvaninin doğulduğu İrəvan şəhərində onun adını daşıyan məhəllə; “Şeyxülislam məhəlləsi” və Karvansaray olmuşdur. “Şeyxülislam məhəlləsi”  və Karvansaray uzun illər, münaqişə başlayana qədər bu möhtəbər, mübarək din və elm adamının adını daşımışdı.

Bədii Yaradıcılığı 

Görkәmli аlim, mütәfәkkir, bir çox dini, tarixi və ədəbi əsərlərin və dini fəlsəfəyə, müsəlman dünyasının milli adət-ənənələrinə aid yaz­dığı qiymətli məqalələrin müəllifi olan Fazil İrəvaninin  zəngin elmi və bədii irsi  var. Elmi əsərləri əsasən, ərəb dilində olan əsərləri, xüsusən “Gül və Bülbül”ü bir çox dillərə tərcümə olunmuş, Təbriz, Peterburq, Berlin, Paris və İrəvanda çap olunmuşdur. Fazil İrəvaninin Azərbaycan dilində yazılan “Gızılgül və bülbül” adlı povestinin  yayılma arealı genişdir. Əsər müxtəlif illərdə bir neçə dəfə Avropa dillərinə tərcümə edilib. Təəssüf ki, müxtəlif müəlliflərin əsəri kimi. Eyni ildə (1812), eyni vaxtda və eyni şəhərdə – Sank-Peterburqda 2 kitab çap olunub; “Qızılgül və bülbül haqqlnda əxlaqi roman” (erməni dilində). Sankt-Peterburqda nəşr edilən “Qızılgül və bülbül” povestinin müəllifi saray müşaviri Xocens Mar­ker Geğamyan göstərilsə də, əsərin müəllifi Fazil İrəvanidir.  F.İrəvaninin gənc yaş­larında yazdığı “Qızılgül və bülbül” adlı povestinin taleyi “Tarixi-İrəvan” əsərinə nisbətən uğurlu sayıla bilər, çünki ən azından məhv edilməyib, lakin bir o qədər də başıbəlalıdır. Oğurluğa adətkərdə olmuş ermənilər Fazil İrəvaninin əsərinə də göz dikmiş, əsərin üzünü erməni əlifbası ilə köçürən  Xocens Markar Geqamyan özünü əsərin müəllifi kimi təqdim etmişdir. Çox keçmə­dən “Qızılgül və bülbül”ü  Le Vayya de Floribal fran­sız dilinə çevirib Parisdə (1826), sonra isə Jözef Fon Hammer alman dilinə çevirərək 1832-1833-cü ildə iki dəfə yüksək trajla çap etdirir (5). Dırnaqarası “erməni ədibi” X. M. Geğamyan əsəri öz adına çıxsa da Avropa və Qafqazda aparılan tədqiqatlar əsərin Fazil İrəvaniyə məxsus olduğunu təsdiqləyir. “Sonradan ermənilər özləri də təsdiq etmək məcburiyyətində qalırlar ki, adıçəkilən əsər Fazil İrəvani tərəfindən yazılmış, Geğamyan isə onu oğurlayıb öz adına çap etdirmişdir (19,s.47). Digər tərəfdən fransız təd­qi­qatçısı Le Vayya de Floribal “Qızılgül və bülbül”ün türk müəllifi Fazil İrəvaninin əsə­ri olduğunu bildirərək məsələyə aydınlıq gətirmişdir. Sadəcə, Xocens Markar, Fazil İrəvaninin “Qızılgül və bülbül” əsərini erməni və rus dillərinə tərcümə edərək öz əsəri kimi çap etdirmişdir. “Qızılgül və bülbül” əsərinin orijinalı Matenadaranda – Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır” (14,s.147).  “Qızılgül və bülbül”ün əsl müəllifinin Fazil İrəvani  olduğu bəlli   olduqdan sonra da, ermə­nilər utanmadan, 1950-ci ildə yenə də əsəri erməni (4,s.63) müəllifin əsəri kimi Freznada (ABŞ) çap etdirmiş­lər. Ancaq həqiqəti gizlədə bilmirlər. “Qızılgül və bülbül” povestinin müəllifinin X.M.Geqamyan yox, Fazil İrəvani olduğunu sonradan ermənilərin özləri etiraf ediblər” (8,s.18;19). Əsəri xaricdə yaşayan ermənilərin ləhcəsinə çevirib hissə-hissə “Anahit” jurnalında çap etdirən ermə­ni Arşad Çoban­yan “Qızılgül və bülbül” “povestinin Fazil İrə­va­ninin olduğunu təsdiqləyib (“Qızılgül və bülbül” əsəri ayrıca bir məqalənin mövzusudur).

İrevan

Nəticə

Təəssüf ki, əsərinin üzü köçürülüb dəfələrlə Avropada nəşr edilən, erməni-Azərbaycan münaqişəsi başlayanadək adına İrəvanda məşhur “Şeyxulis­lam məhəlləsi”, Karvansaray olan görkəmli ədib, alim, siyasi və ictimai xadim Fazil İrəvaninin adına indiyədək Azərbaycan tari­xindən və ədəbiyyatından bəhs edən kitablarda yalnız məlumat verilməklə kifayətlənilmişdir. Mütəfəkkirin elmi yaradıcılığı əsasən ərəb dilində olduğu üçün, aydındır ki, bu iş daha çox şərqşünasların üzərinə düşür.Alban kilsələrini xaç işarələriylə  saxtalaşdıran, məzarlarımıza atəş açan, yurd yerlərimizin adını dəyişərək mənimsəyən, Fazil İrəvaninin “Qızılgül və bülbül”ünün üzünü öz əlifbası ilə köçürüb Avropada, Rusiyada  dəfələrlə nəşr etdirən, milli yeməklərimizə, musiqimizə göz tikən mənfurların oğurluqları bitib-tükənmir. Düşünürük ki, haqq səsimizi dünyaya duyurmalı, tədqiqatlardan bizə məlum  olan mənbələri həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda yorulmadan dəfələrlə kitab və məqalələr olaraq işıqlandırmalıyıq. Fazil İrəvaninin “Qızılgül və bülbül” povestinin və ya elmi əsərləri ilə harda və hansı şəkildə qarşılacağımızı bilmirik. Yazılan hər bir kitab və məqalə bu hərəkətlərlə rastlaşdığımızda adekvat cavab ola bilər. Düşünürük ki, görkəmli alim, ictimai və siyasi xadim Şeyxülislam Fazil İrəvaninin zəngin elmi irsinin və yaradıcılığının araşdırılması  vacibdir və bu sahədəki araşdırmalarımız davam edir.

Lutviyye ASGEROVA

ƏDƏBİYYAT

 1. Azərbaycan kitabı (bibloqrafiya). I c., 1780-1920-ci illər. Bakı,1963
2. Bayramov T. Muğam ifaçılığı sənətinin formalaşmasında Mir Möhsün Nəvvabın rolu//Konservatoriya jurn., Elmi nəşr, Bakı: “Ecoprint” 2017 , №3,s. 4-9
3. Çələbi E. Səyahətnamə. Bakı: Elm, 1997
4. Əliyev F., Həsənov U. İrəvan xanlığı. Bakı: Şərq-Qərb, 2007
5. Hammer J.F. Gül u Bülbül, das ist Rose und Nachtigall. Fazli <Kara> Pest, 1834. Universit Landts-Landesbibliothek Sachsen-Anhalt Sondersammelgebietes Vorderer Orient Rəqəmsal KitabxanasıKitabüt-təharət. Müəllifi Fazil İrəvani. Xəttat: Məhəmməd Təbrizi. Təbriz. 1301, 186 s. (fars dilində).
6. Köçərli F. Azərbaycan ədəbiyyati. II c., 2 c. Baki:Elm, 1981
7. Mehrəliyev E.A. “İrəvanilər”, Çaşıoğlu, Bakı, 2000
8. Məmmədov İ. İrəvan dəftəri. Bakı: Adiloğlu, 2002
9. Məmmədov E. İrəvandan başlanan yol. Bakı, 2018
10. Məmmədli H. Qafqazda İslam və şeyxülislamlar. Bakı:MBM, 2005
11. Məhərrəmov Z. “Fazilİrəvani” kimi tanınan Ayatollaxul-uzma Molla Məhəmməd İbn Məhəmməd Bağir // Filologiya  məsələləri, №3, 2014, s.357-3603 Məhərrəmov Z. İrəvan ədəbi mühiti (1800-1920-ci illər).Fil.e.d. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş Disser. (Əlyazması hüququnda) Bakı, 2017
12. Mustafa N.İrəvan şəhəri. Bakı: Red N Line MMC, 2020
13. Rəhimov N. Alimlər və xadimlər Fazil İrəvani. Fazil İrəvani-İslam Times. islamtimes. org, 2009,Story Code:1033
14. Rizvan.Net.Azərbaycan alimlərinin həyatı//Аyәtullаһ əl-uzmа Şeyх Mәһәmmәd İrәvаni// İslam Marifi jurnalı. 2015
15. Nəzərli Ş. Nur surəsi. Bakı, 2007
16. Nəvvab M.M. “Vüzuhül-Ərqam” (Risalə). Bakı: Orucov qardaşları, 1913
17. Nurullayev H. F. Şeyxülislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı: Nurlar, 2014
18. Səfərova Z.Y. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər) Bakı: Elm, 1998
19. Sərdariniya S. İrəvan müsəlman sakinli vilayət olmuşdur.Bakı, Zərdabi,2014
20. Tərbiyət M. Danışməndani Azərbaycan. Bakı:ADU-nun nəşri, 1987
21. Zeynalov Ə. İrəvan ziyalıları. Bakı: Oğuz eli, 1999

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir