Vətən Müharibəsinin Üç Döyüşçü Şairi

(Emin Pirinin, Oğuz Alparslanın, Elvin İntiqamoğlunun şeirləri əsasında)  

1992-ci illər şeirində Bəxtiyar Vahabzadənin, Xəli Rza Ulutürkün, Məmməd Arazın, Ələmdar Quluzadənin poeziyasında Qarabağ müharibəsi döyüşçülərinin real portreti  canlandığı kimi, bu gün xalqımızın yaşadığı 44 günlük Vətən müharibəsində zəfər qazanan döyüşçünün rəşadəti sözün əsil mənasında poeziyanın misralarından daha yüksəkdə dayandı. Sabir Rüstəmxanlının, Zahid Xəlilin, Vahid Əzizin, Ümid Nəccarinin, Məmməd İsmayılın, Emin Pirinin, Əlizadə Nurinin, Avdi Qoşqarın, Mahirə Abdullanın, Xanım İsmayılqızının, Elnur Uğurun, Vaqif Aslanın, Oğuz Alparslanın, Elvin İntiqamoğlunun və yüzlərcə şairin yaradıcılığı döyüşçü əsgərlərimizin vətən uğrunda mübarizələrini, bu yolda canlarını qurban vermək sevgilərini, Vətən sevdalılarının obrazlarını  canlandırdı.

İlk öncə döyüşçü şairlərin – Emin Pirinin, Oğuz Alparslanın, Elvin İntiqamoğlunun şeirlərindəki döyüşçü obrazından bəhs etmək istəyirəm.

Emin Piri 44 günlük müharibədə qələmini süngüyə çevirən şairlərimizdən biridir. Yəqin, müharibədən öncə bunları yazmışdı, döyüşüb torpaqları xilas etməyi elə onda qarşısına məqsəd qoymuşdu, şəhidlər xiyabanında olanda. Yaşca özündən kiçik, şəhid olan əsgərlərin məzarları önündə bir əsgər yetişmişdi.

Bu yaşına görə
Şəhidlər Xiyabanında
18 yaşlı
baş daşları
utandırdı məni.
Məndən kiçikdi hələ
Məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
baş daşının doğum günüymüş. (2)

Torpağı uğrunda canlarından keçən bu əsgərlərin qanı yerdə qaldığı, torpaqları düşmən tapdağı olduğu üçün özünü qınayan bir gənc sonradan döyüşçü olmaq, torpaqlarını azad etmək üçün bu məzarlar önündə xəcalət çəkə bilirsə o mübariz əsgər ola bilir.

Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
(Emin Piri, “Başdaşları utandırdı məni”)

Emin Piri döyüşçü, əsgər kimi ön çəbhədə olsa da, poeziyasında əks etdiyi əsgər haqqında yaşananlar arxa cəbhədə də cərəyan edir. Əsgər və onun valideyinləri, əsgər və onun həyat yoldaşı, əsgər və onun körpə balası. Bu şeirlərdən də görünür ki, o nə həyatda,  nə də ki, şeirlərində özünü düşünməyib. Elə müharibədə döyüşçü məhz belə igidlər ola bilir. Canını  xalqı uğrunda, torpaqları uğrunda, ailəsi uğrunda, əzizləri uğrunda qurban verə bilən insan döyüşçü və şəhid ola bilir.

“Şəhid oğlunun dedikləri” şeirində bir ana var, bu ananın müharibədə şəhid olan  ərinə demək istədikləri o qədər reallıqlar var ki, əsil müharibə nədir və döyüşdə şəhid vermək nədir, bu canlı tablodan görmək, yaşamaq olur.

Anamı heç elə görməmişdim
Atamı gətirəndə sıxmışdı əllərini…
Camaat görməsəydi
Yumruqlardı atamı:
“bu iki yetimə bəs kim baxacaq?!”

Merziyye NECEFOVA

Makalenin tamamını okumak için aşağıdaki linki tıklayınız:

Vətən müharibəsinin üç döyüşçü şairi

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir