ӘRİYӘN ŞAM

Qaçqın şәhәrciklәrindә vaxtsız hәyatını dәyişmiş
Azәrbaycan uşaqlarının xatirәsinә hәsr olunu

Artıq axşam düşürdü. Yunis kişi dünәndәn qalmış xörәyi qızdırmaq istәyirdi ki, çadır qonşusu, vaxtilә isә rәhbәrlik etdiyi mәktәbdә tarix müәllimi işlәmiş Rüstәm kişinin onu sәslәdiyini eşitdi.

-Ay Yunis müәllim, Yunis müәllim.

-Rüstәm müәllim, buyurun.

-Hәr vaxtın xeyir, ay Yunis müәllim.

-Xeyir içindә.

-Nә tәhәrsәn? Eşitdim ki, nәvәn özünü pis hiss edir.

-Hә.

-Uşaq indi nә tәhәrdir?

Yunis kişi nә deyәcәyini bilmәdi. Dünәndәn bәri yazıq uşağın halı daha da pislәşmişdi. Ondan hәlә dә cavab gözlәyәn Rüstәm kişiyә dedi:

-Hә, axşam halı lap pislәşmişdi.

-Bәs necә olacaq?

-Heç özüm dә bilmirәm.

Yunis kişinin gözlәri doldu. Fikir onu elә çulğalamışdı ki, Rüstәm kişinin nә dediyini artıq eşitmirdi. Rüstәm kişi Yunis kişinin onu dinlәmәdiyini, fikri başqa yerdә olduğundan onunla sağollaşıb getmәk istәdi:

-Sağ ol, ay Yunis müәllim. Daha mәn gedim.

-Yaxşı.

-Bir şey lazım olsa, xәbәr göndәrәrsәn.

Yunis kişi sakitcә başı ilә «hә» dedi. Rüstәm kişi onun danışmağa hәvәsi olmadığını yәqin edib, özünün çadırına tәrәf addımladı. Yunis kişi gözlәri ilә onu çadıra qәdәr ötürdü…

Xәyallar Yuniş kişini doğma elinә-obasına apardı. Rüstәm kişi onun mәktәbinin qabaqcıl müәllimlәrindәn biri idi. O, bir tarix müәllimi kimi böyük hörmәt qazanmışdır. Hәlә Sovet İttifaqı dövründә öz şagirdlәrinә Azәrbaycan tarixini böyük hәvәs vә maraqla öyrәdәrdi. Ermәnilәrin 1905, 1918-ci il qırğınlarını vә Azәrbaycan xalqının, ümumiyyәtlә türklәrin başlarına açdıqları dәhşәt vә müsibәtlәri barәdә şagirdlәrinә әtraflı mәlumat verәrdi, tarixi keçmişimizin unudulmamasına çalışardı. Bunlar üçün dә başı çox ağrılar çәkmişdir. Hәtta onu gözügötürmәyәnlәr millәtçi damğası ilә mәktәbdәn kәnarlaşmasını istәmişdilәr. Yunis kişi mәktәb direktoru kimi mәsәlәyә qarışaraq vә rayon partiya qurumlarındakı әlaqәlәrindәn istifadә edәrәk, Rüstәm kişinin mәktәbdәn xaric olunmasının qarşısını almışdır. İndi isә Rüstәm kişi bu fani dünyada dәrdlәri ilә baş-başa qalmışdır. Halını nә soruşan var, nә dә ki, bir maraqlanan…

Bir az aralıda oynayan uşaqların qışqırtıları onu fikirlәrindәn ayırdı. Nә olduğunu anlamağa çalışırdı ki, balaca Nәsibәnin qışqıraraq dediklәrindәn baş vermiş hadisәni tәxminәn anladı:

-Nәnә, ay nәnә, bacımı ilan vurdu.

Balaca Nәsibә çadırdan özünü bayıra atan Salatın nәnәnin ayaqlarını qucaqladı. Salatın nәnә sanki yuxuda idi. Nәsibә nәnәsinin heç nә başa düşmәyәrәk onun üzünә baxdığını görüb dedi:

-Ay nәnә, tez ol, kömәk et, Nәcibә ölür…

…Yunis kişi bu xәbәrdәn bәrk sarsılmışdı. Hadisә baş verәn yerә tәrәf addımladı. O, Nәcibәnin ilan vurmuş cәsәdinә yaxınlaşdı. Körpә qızın çöhrәsindә bir kәdәr, hüzn vardır…

Salatın nәnәnin Nәcibәnin cәsәdini qucaqlayıb ağlaya-ağlaya dediyi bayatı Yunis kişinin qulaqlarından getmirdi:

Qәm qapımı döydü, neylim,

Dәrd qәddimi әydi, neylim.

Zalım fәlәk bir ox atdı,

Gәldi mәnә dәydi neylim.

Nәcibәnin ilan çalmış cәsәdi Yunis kişinin xәyalında nәvәsi Mübarizin dә vaxtında müalicә olunmasa, xәstәliyi, әn әsası da imkansızlığı ucbatından ölmәsini, ağır da olsa, gözü önünә gәtirdi. Şәhәrcikdә isә hәkim yox idi. Şәhәrcik sakinlәrinin tibbi yardıma ehtiyacı heç kәsi maraqlandırmırdı. Mübarizin halı kәskinlәşәndә Yunis kişi vaxtı ilә kәndlәrindә feldşer işlәmiş Nәrgiz nәnәyә müraciәt edirdi. Nәrgiz nәnә Mübarizin burada müalicәsinin qeyri-mümkün olduğunu bildiyindәn, onun Bakıya getmәsini mәslәhәt görmüşdür. Yunis kişinin isә әlindә pulu yox idi ki, nәvәsini Nәrgiz nәnәnin mәslәhәt gördüyü vә az-çox bәlәd olduğu Bakıya aparsın. Yunis kişi nәvәsinin sağalması ümidi ilә yerli mәmurlardan yardım istәmişdi, lakin onların biganәliyi qocanın ümidlәrini puça çıxartmışdır. Dünyada yeganә ümid çırağı olan nәvәsi gözünün qarşısında ocaq kimi sönürdü. Kömәksiz, kimsәsiz nәvәsindәn utanırdı.

Çadırına qayıdan Yunis kişi xörәyi tәkrar qızdırdı. Hisdәn qaralmış çaydanı da qaynamaq üçün ocağın üstünә qoydu. Balaca süfrә açıb, Mübarizi sәslәdi.

-Ay Mübariz, bala.

-Nәdi baba?

-Gәl bala.

-Baba, indi gәlirәm.

-Bala, başına dönüm, tez gәl.

Yemәk olduğunu demәdi, çünki gәrәk Mübarizlә olan uşaqların hamısını yemәyә çağıraydı. Uşaqların hamısı ac idilәr, lakin özünün yemәyi yalnız Mübarizә çatacaq qәdәr idi. Mübarizin çadırdan içәri girdiyini görәn Yunis kişi dedi:

-Balam, әlini yu. Bir az da tez ol, yemәk soyuyur.

Әlini yuyub gәlәn Mübariz uşaq sadәlövhlüyü ilә babasından soruşdu:

-Babacan, nә bişirmisәn?

-Dünәnki yemәkdir, ömrüm-günüm.

-Baba, şirin çay da verәrsәnmi?

-Sәnin üçün tapılar. Çörәyini rahat ye.

Yunis kişi Mübarizin başını sığallayıb, onu oxşamağa başladı. Nә vaxtsa oxuduğu bir şeirdәn yaddaşında ilişib qalmış bәndi öz-özünә söylәdi:

Mәnim ürәyimdә axan bulaqsan,

Hәr nәsәn, olanım-qalanım busan.

Nә qәdәr ki, varam, susmayacaqsan,

Kiçik bir hәqiqәt, böyük arzusan.

Balaca Mübariz babasına maraqla qulaq asırdı. Şeirin müәllifi kim olduğunu bilmәdiyindәn babasından soruşdu:

-Baba, söylәdiyin şeir kimindir?

-Qabilin şeirlәrindәndir, ay bala.

Mübariz ac olduğundan söhbәti davam etdirmәdi, yemәyә başladı. Çünki yemәkdәn sonra babası ona dәrs keçәcәkdir. Şәhәrcik mәktәbindә dәrslәr keçirilmәdiyi sәbәbindәn, Yunis kişi hәr gün nәvәsi Mübarizә ana dili vә әdәbiyyatın incәliklәrini öyrәdirdi… Yunis kişi sakit halda nәvәsini izlәyirdi. Babasının heç nә yemәdiyini görәn Mübariz tәlaşla soruşdu:

-Baba, sәn niyә heç nә yemәdin?

-İstәmirәm.

-Axı, baba…

Yunis kişi Mübarizin sözünü davam etmәyә qoymayıb cavab verdi:

-Çünki, acmamışam.

Mübariz çox yaxşı başa düşürdü ki, yemәyә heç nә olmadığı üçün babası heç nә yemir. O, yenә babasına fikrindәn keçәnlәri demәk istәyirdi, lakin fikrindәn daşındı. Bunları duyan Yunis kişi soruşdu:

-Nәdi bala?

-Heç, baba.

-Yenә, sözlü adama oxşayırsan, de görüm.

-Baba, sәni hәmişә fikirli görürәm? Niyә?

-Heç, bala.

-Yox baba, sәn hey fikirlisәn. Qaş-qabaqlı gәzirsәn.

-Sәnә elә gәlir bala. Özü dә belә şeylәri bilmәk üçün sәn hәlә çox balacasan. Böyü, bilәrsәn.

Mübariz babasıynan söz gülәşdirmәyin mәnasız olduğunu yaxşı bilirdi. Babası özü danışmasa, kimsә onu mәcbur edә bilmәzdi. Mübariz yemәyini bitirib kitab-qәlәmini gәtirmәk üçün ayağa durdu. Babası ötәn dәrs keçdiklәri tapşırıqları diqqәtlә yoxlayıb, Mübarizi sual-cavaba tutdu vә yeni dәrsi nәvәsinә izah etdi…

Sonra Yunis kişi yataq düzәltdi. Mübariz babası ilә bir yatmağı çox sevirdi. Çünki, Yunis babası ona tez-tez keçmiş xatirәlәrindәn, nәnәsi Tükәzbandan, atası Tahirdәn, onun qәhrәmanlıqlarından vә döyüşlәrin birindә şәhid olmasından, anası Qızılgüldәn, hәr yerdә gözünә görünәn bacısı Vәfadan danışardı… Mübariz qaranlıqda babasının ağladığını görmәsә dә, sәsinin titrәmәsindәn babasının ağladığını hiss edirdi. Amma yuxu Mübarizi tez tuturdu. Mübariz yuxular görmәyi çox sevirdi. Hәrdәn yuxularda onun uşaq xәyalı nәnәsi Tükәzbanın tәndirә çörәk yapdığını, anası Qızılgülün bacısı Vәfanın saçlarını hördüyünü, atası Tahirin odun yardığını canlandırırdı. Hәyәtlәrindәki qocaman tut ağacı da tez-tez yuxusuna girirdi… Sәhәr gözlәrini açanda isә artıq atalı-analı dünyasından heç nә qalmırdı, qoca, kimsәsiz babasıynan tәkbaşına qalırdı. O, babasını da itirәcәyi qorxusu ilә yaşayırdı, hәr gün sәhәr yuxudan oyanan kimi Allaha dua edərdi ki, onun gözünün ağı-qarası bu qoca babasına dәymәsin, ona çox görmәsin…

Sәhәr artıq çoxdan açılmışdır. Uşaqların sәs-küyü şәhәrciyi başına götürmüşdür. Yunis kişi uşaqların sәsinә qulaq asarkәn, dәrs dediyi mәktәb yadına düşdü. Elә bil ki, onda uşaqların qışqırıqları başqa cür idi. Elә bil o qışqırtılarda, sәs-küylәrdә bir sevinc, bir şadlıq vardı. O, özünü fikirlәrlә çox yormaq istәmәdi. Nәvәsinin yuxudan durduğunu görәn Yunis kişi onun üçün çay süzdü. Mübariz әl-üzünü yuyaraq yavan çörәklә aclığını qismәn dә olsa aradan qaldırdı. Yunis kişi nәvәsinin yemәyini bitirdiyini görüb, soruşdu:

-Doydun bala?

Mübariz babası çox fikir çәkmәsin deyә yalandan doyduğunu bildirdi.

-Onda Sәnәm nәnәgilә get. Bu unu verәrsәn ki, bizә dә çörәk bişirsin. Artıq südlәri dә qalıbsa, bir az da bizim üçün satsın.

-Süd nә qәdәr olsun baba?

-Ala pulu, çox olmasın, üç stәkan olsa bәsdir. Çox olsa xarab olar. Bir dә gör pendirlәri varmı?

-Yaxşı, baba.

-Çox yubanmayasan, ha.

Mübariz heç nә demәdәn süd badyasını vә babasının çit torbaya doldurduğu unu götürüb çadırdan çıxdı. Babası qorxmasın deyә qızdırması olduğunu demәmişdir. Ancaq özünü çox pis hiss edirdi. Sәnәm nәnәgilә tez çatmasını arzulayırdı. Getmәyә taqәti yox idi. Ancaq özünü toparlayıb gәldiyi ünvana yetişdi. Babasının istәdiklәrini Sәnәm nәnәyә deyib, çadırın qabağındakı iri daşın üstündә әylәşdi. Sәnәm nәnә Mübarizin rәnginin ağardığını görüb, qorxdu. Gәlini Yasәmәni çağırdı. Yasәmәnlә kömәklәşib uşağı çadırın içinә apardılar. Yasәmәnin hazırladığı yatağa uzadıb, ona su içirtdilәr. Sәnәm nәnә uşağın halının pislәşdiyini görüb nәvәsi Namiqi Yunis kişinin arxasınca göndәrdi.

Namiqin gәldiyini görәn Yunis kişi qorxdu. Mübarizә nә isә pis hadisә üz verdiyini duydu. Namiqin nә deyәcәyini gözlәmәyib, onların çadırına tәrәf uşaq tәk qaçmağa başladı. Yol ona çox uzun göründü. Sanki bitib – tükәnmәz oldu. Nәhayәt, Sәnәm nәnәgilin çadırını gördü. Yunis kişi özünü çadıra saldı. Mübariz babasına baxırdı, dili söz tutmurdu ki, babasına desin. Handan-hana özünә gәlib babasını sakitlәşdirmәyә başladı:

-Babacan, heç nә olmayıb, qorxma.

-Yaxşı, bala.

-Baba, qurban olum, sәni qorxutdum deyәsәn. Heç nә olmayıb, heç bir yerim ağrımır.

Yalan danışdığını hiss etsә dә, babasını sakitlәşdirmәk üçün əlindən gələni edirdi:

-Bir az qızdırmam var, keçәr gedәr baba.

Yunis kişi nәvәsini qucağına alıb özlәrinin çadırına aparmaq istәdi. Lakin artıq qocalıq onu haqlamışdır. Qüvvәti qalmamışdır ki, nәvәsini qucağına alsın, Sәnәm nәnә onun hәrәkәtlәrini görüb dedi:

-Ay Yunis qardaş, qoy bu gün burda qalsın. Niyә aparırsan?

-Yox, evdә rahat olar.

-A qardaş, nә ev? Ora da çadır, bura da. Heç olmasa Yasәmәn qulluq edәr.

-Yox, getsәk yaxşı olar.

Sәnәm nәnә Yunis kişi ilә söz gülәşdirmәyin mәnasız olduğunu anlayıb dedi:

-Onda gözlә, uşağı çağırım, o, aparsın.

Sәnәm nәnә çadırdan çıxıb bayırda oynayan nәvәsi Paşanı çağırdı:

-Paşa, Mübarizi çadırlarına qәdәr apar. Paşa nәnәsinә cavab verdi:

-Yaxşı, nәnә. Bu saat.

Sәnәm nәnә çadıra girib Yunis kişiyә dedi:

-Ay Yunis qardaş, indi Paşa gәlib Mübarizi aparar, südü dә göndәrәcәyәm. Çörәyi dә indi bişirәrәm.

-Darıxma, Sәnәm bacı…

Yunis kişi öz çadırlarına girib Mübarizin yatağını düzәltdi, Paşa Mübarizi yatağına qoyub dedi:

-Babacan, mәn daha gedim. Mәnlik bir iş yoxdur ki?

Yunis kişi Paşanın çiyinlәrindәn tutub dedi:

-Sağ ol bala, heç nә lazım deyil. Amma Nәrgiz nәnәyә deyәrsәn ki, mәn çağırıram.

Paşa Mübarizә baxaraq dedi:

-Baba, Nәrgiz nәnәyә mütlәq deyәrәm. Mübariz hәlәlik, sağ ol.

Yunis kişi Mübarizi rahatlayıb yanında oturdu. Çadırların birindәn eşidilәn hәzin saz havası onu daha da kövrәltdi…

Nәrgiz nәnә gәlib Mübarizi müayinә etdi vә sakitcә başını buladı. Sonra:

-Yunis müәllim, mәn sizә demişdim, uşağı Bakıya aparın.

-Nәrgiz bacı, nәynәn aparım, hara aparım, kimin yanına aparım? Buralardan necә gedim? Buradan getmәk asandırmı? Dilәnmәyi dә bacarmıram ki, dilәnçilik edәm. Hәm dә dilәndiyim pula nәvәmi xilas etmәk mümkün olarmı? Cavab ver. Niyә susursan?

Nәrgiz nәnә başını aşağı salıb susurdu. Hәqiqәt qarşısında sanki kiçilmişdir, balacalaşmışdır. Başını qaldırmağa gücü belә qalmamışdır. Sakitcә Mübarizin yatağının aşağı tәrәfindә әylәşdi. Xeyli müddәt heç kimsәdәn sәs çıxmadı. Araya çökmüş sükunәti Yunis kişinin dostu Arif kişi pozdu.

-Ay Yunis müәllim, içәridәsәnmi?

-Hә, keç.

-Axşamın xeyir. Eşitdim ki, uşağın halı xarablaşıb.

-İndi nә tәhәrdir?

Hәr vaxtın xeyir. Heç özüm dә bilmirәm. Nәrgiz nәnә yerindәn durub pıçıltı ilә dedi:

-Mәn gedim, namazımın vaxtı yaxınlaşır. Qoy uşaq da yatsın, gәlib baş çәkәrәm.

Nәrgiz nәnә çox mәyus halda çadırı tәrk etdi.

Onun belә gedişindәn vәziyyәtin heç dә yaxşı olmadığını anlayan Yunis kişi ümidsizliyә qapanmışdır. Dünyanın belә boşaldığını heç hiss etmәmişdir. Sanki bu dünyada tәk qalmışdır. İndiyәdәk ölümdәn qorxmamışdır. Amma indi qorxurdu. Ölümün onun әlindәn alacağı nemәtdәn, sәadәtdәn mәhrum olacağından qorxurdu…

Qaranlıq düşmüşdü. Çadırda göz-gözü görmәdiyindәn Yunis kişi durub şam yandırdı. Şamın әtrafı işıqlandırdığı xәfif işığında nәvәsinin solmuş bәnizini görürdü. Mübariz onun gözlәri önündә yanan şam kimi, yavaş-yavaş әriyirdi…

Salidə ŞƏMMƏDQIZI (ŞƏRİFOVA)
Azərbaycan Yazıçılar Birliyinin üzvü

One Comment

  1. Adem Yavuz Tumay Reply

    İnsanın yüreğini parçalayan bu acılara bigane kalışımızdan ötürü insanlığımızdan utandım. Bu millet bir kez daha acılarla yoğrulup ayağa kalkmıştır. Önemli olan tekrar etmemesi için birliğimizin kıymetini bilmektir. Kaleminize, yüreğinize sağlık ve kuvvet…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir