Nəiminin çox sayda əsəri var. Bunların demək olar ki tamamı mövcud olub və dünyanın müxtəlif kitabxanalarında qorunur.
F.Nəiminin yaradıcılığı çox zəngindir.O,həm nəzm həm də nəsrlə yazmışdır.Nəiminin əsərləri mövzu,mahiyyət və xarakterinə görə müxtəlifdir:dini fəlsəfi,bədii fəlsəfi,sırf bədii əsərlər və.Lirik şeirlər divanı, “Məhəbbətnamə”, “Ərşnamə”, “Nnövnamə”, “Cavidannamə”, “Vəsiyyatnamə”
“Arşnamə-i ilahi”
Uzun illər bu əsərin Nəiminin tələbəsi Əliyül-Əlaya aid olduğu iddia edilmişdir. Amma əsərin Fəzlullaha aid olduğu artıq dəqiqləşib. Əsərin üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi qorunub saxlanılır. Məsnəvi formasında yazılan bu əsəri bəzi müəlliflər Fəzlullahın ölümünə səbəb olan əsər kimi göstəriblər. 1120 beytdən ibarət Rəməli müqəddəsi məhzuf bəhrində yazılmış bir məsnəvidir ki, onda irfani məsələlər və hürufi düşüncələri şərh edilir
və bu beytlə başlayır:
Bayi Bismillahi Rəhmani Rəhim,
Adəmi-xakidir, ey divi-Rəcim,
Aləmin canı həmin torpaqdadı,
Çox böyükdür Həqq üçün insan adı.
böyüklüyünü dərk etməlidir”.
Ona görə özünüdərk üçün oyanışa çağırış ideyası“Cavidannamə”. Fəzlullahın bu əsəri 1386-cı ildə yazdığı, amma 1394-cü ildə Şamaxıda olarkən üzünü köçürdüyü qeyd edilir. Goranicə qələmə alınıb. Fəzlullahın əsərlərinin çoxu vəfatından bir müddət sonra türk dilinə tərcümə olunmağa başlanılıb. Məsələn, “Cavidannamə”nin 1639-cu ildə “Dürr-i Yetim” adı ilə türk dilinə tərcümə edilib və bu tərcümənin Türkiyədə 6 nüsxəsi var. Altısı Türkiyədə, ikisi İngiltərədə olmaqla 8 əlyazması mövcuddur.”Cavidannamə” hürufiliyin şah əsəridir. Kitab ən müxtəlif məsələləri özündə əks etdirən fəsillərdən – bablardan ibarətdir. Ümumən kitabın ideyası budur-“ İnsan ölməzdir, əbədidir. Çünki Allah onu özünəbənzər yaradıb. Əgər özünəbənzər yaradıbsa, demək o da allah kimi ölməzdir. İnsanın üzündə bütün kainatın sirləri toplaşıb. Onunu üzü ilahi sirlərlə dolu kitabdır. Nə yazıq ki cahildir, bunu dərk etmir. Dərk etmək üçün oyanıb öz kitabdan qırmızı xətlə keçir.Nəiminin vəsiyyəti ilə onun müridləri kitabı daş qutularda gizlədiblər. Orijinal bu gün əldə yoxdur. 32 rəqəminə “Cavidannamə”nin yalnız bir yerində rast gəliriksə, 1, 2 və 6 saylarını əsərin bütün bablarında görə bilərik. Burada 1 rəqəmi həyatı yaradana, yəni Allaha aiddir. Hürufilər bildirirdilər ki, Allahı heç bir simvolla ifadə etmək olmaz. Yalnız hərflə əlaqələndirmək və yuxuda İlahi nur vasitəsilə duymaq olar. Nəsiminin də bəzi qəzəllərində bunu görə bilərik. 2 rəqəmi – bir olanın hər şeyi ikidən yaratmasına işarədir. Həyatda olan nə varsa iki daxilində öyrədilir: cisim-ruh, gecə-gündüz… xeyir-şər… və s.
“Məhəbbətnaməyi-İlahi”
İkisi Fransada, biri Türkiyədə, biri də Misirdə olmaqla 4 nüsxəsi qalıb.
“Növnamə”. Fəzlullah Nəimi sərgüzəştlərini hicri 765-ci ildən həyatının sonuna qədər şərh edir, görmüş olduğu saysız yuxular Əstərabadi diliylə həmin risalədə izah edilir Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi var.Bu əsər yuxu haqqında kitab hesab edilir.Əsərdə müəllifin tərcümeyi-halına dair bəzi notlar,həmçinin hüruffiliyin ilkin dövrdə yayılma mexanizminə aid məlumatlar da mövcuddur.Belə ki,Nəimi Astrabad,Bakı,Mazandaram,Xarəzm və s. Kimi şəhərləri gəzib təriqət ideyalarını necə yaydığını söyləyir.Eyni zamanda burada mötəbər muridlərindən Nəsimi ilə munasibətləri və yazışmaları barədə bilgi vardır.
“Nəimi Divanı”
Bu divanın iki nüsxəsi qalıb və hər iki nüsxə də Türkiyədə Əli Əmiri kitabxanasında saxlanılır. Divandakı şeirlər Nəimi təxəllüsü ilə yazılsa da şeirlərin hürufiliklə əlaqəsi yoxdur. Şeirlərdə hürufilikdən çox vəhdəti-vücuddan bəhs edilir. Divanda 31 qəzəl, 5 qitə, 25 rübai, 7 müfrəd və beyt, 2 tərci yer alır. Divandakı bütün beytlərin toplamı 70 beytdir.
“Fiqh”
Fəzlullahın adı məlum olmayan fiqh əsərini Müzəffərəddinlər hökmdarı İzzəddin Şah Şücaya ithaf etdiyi bildirilir. Bu əsər tapılmayıb.
“Ənfüsu Afak”
Fəzlulaha aid edilən bu əsərin də aqibəti bilinmir.
“Vəsiyyətnamə”
Fəzlullahın bunu Bakıda zindanda olarkən yazdığı qeyd olunur. Bu vəsiyyətnamənin 3 nüsxəsi qalıb. Bunlardan ikisi Əli Əmiri, digəri isə İstanbul Universiteti kitabxanalarında qorunur.
Qəzəllərindən bir nümunə:
Hər şəb tutub üz göylərə ta sübh “yahu” söylərəm,
Gər sufi “la”dan dəm vurar “illa” deyib, “hu” söylərəm.
Divanə bir qumru mənəm, yüz şəhri viran etmişəm,
Şahlar başında əyləşib, “qu” söylərəm, “qu” söylərəm.
Qazi nə bilsin halımı, müfti nə bilsin rahımı,
Ta yoxluğun ardınca mən, hökmilə “yərğu” söylərəm.
Yox hacətim sultanlara, mən aləmin sultanıyam,
Nitqimlə şahlar yıxmışam, ləfzimdir ordu, söylərəm.
Ey karvan, ey karvan, karvanbasan saymın məni,
Bir pəhlivanəm, üzbəüz xəncər çəkib “hu” söylərəm.
Biri xaricində bütün hürufi risalələri Fəzlullahın hicri 788-ci ildə (1386) öz elmini zühur etdiyini yazırlar. Mürüdləri həmin ili şeyxin “zühur və buruz” dövrü adlandırırlar. Fəzlullahın ətrafındakılara ən çox təsir edən cəhəti səmimiyyəti və dürüstlüyü olub. İki gündə bir dəfə yemək yediyi, günlərinin çoxunu oruclu keçirdiyi, əsla başqasına əl açmadığı, az danışdığı və hədiyyə qəbul etmədiyi hürufi mənbələri xaricində digər mənbələrdə də qeyd olunur.
Əntiqə Aslan Qəhrəmanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Son Yorumlar