XƏTAİ YARADICILIĞINDA ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR I Şah İsmail Hatayi Eserlerinde Ata Sözleri ve Mesellerin Önemi…

Xətai poeziyasının folklor qaynağıdan bəhs edərkən onun əsərlərində geniş şəkildə əks olunmuş atalar sözlərinə və məsəllərə ayrıca diqqət yetirmək lazımdır. Ən böyük hikmətləri çox sadə şəkildə izah edən atalar sözləri misilsiz bir hikmət xəzinəsidir. «Fikrin daim canlı olduğu, duyğu dolu bu hikmətlərdə xalq ru­hunun axıcılığı, sərrastlığı, dərin və təsirli ifadəsi vardır. Xalq müdrikliyinin ən gözəl ifadə­çisi olan atalar sözü və məsəllər birdən-birə yaranmır. Dilin tarixi inki­şafı nəticəsində yaranaraq mənaca da bölünməz olan atalar sözləri bu dilin əski adət-ənənələrinə güz­gü tutan mürəkkəb frazeoloji sistemiylə bütöv­ləşmiş, onula iç-içə yoğrulmuşdur»
(Bəydili Atalar sözləri s.6)

Atalar sözü və məsəllərin ən böyük xüsusiyyətlərindən biri də mənsub olduğu toplumun inanc sistemi, davranış tərzi və ənənələrini özündə kompleks şəkildə əks etdirməsidir. Onlarda xalqın yüz illər boyu geçirdiği təcrübələr və bu təcrübələr nəticəsində nəticəsində meydana gələn dəyər, düşüncə, qənaətlər müşahidə olunur. “Atalarun sözü Qurana girməz, amma Quranla yalın-yalın yalışur” (Oğuznamə s.21) Atalar sözlərinin bu xüsusiyyəti şairlərin diqqətini cəlb etmiş, fikirlərini ifadə edər­kən bildiyi və ehtiram göstədiyi güclü sözlərdən istifadə etməyə çalışmış, dö­nə-dönə müraciət etmişlər:

Səltənətü əmarətə eşq ilə təkyələnmə kim,
Beş gün imiş bu dünyanın səltənətü əmarəti.
(Nəsimi II, s.42)

Hər dərdsizdən umma, Füzuli dəvayi-dərd,
Səbr eylə, kim ki dərd veribdir, dəva verər .
(Füzuli s.138).

Burada məqsəd yazdıqları şeiri daha da təsirli etmək, ona estetik düzən vermək, fikri daha sadə və açıq şəkildə çatdırmaq, bəzən oxucuya öyüd-nəsihət və yaxud təsəlli verməklə bağlı olmuşdur.

Atalar sözü və məsəllərə müraciətin yazılı ortaq türk poeziyasında kifayət qədim tarixi vardır. İslami türk ədəbiyyatının ilkin nümu­nə­lərindən olan Yusif Xas Hacibin “Kutadğu-bilig” əsərində, Əhməd Yuknə­ki­nin “Atabətül-həqayiq”ində, Mahmud Kaşğarinin “Divani-lüğətüt-türk”ün­­də çox­lu say­da atalar sözü və məsəl­lərə təsadüf etmək mümkündür. Ortaq türk ədəbiyyatının ən böyük abidə­lərindən olan “Kitabi-Dədə-Qorqud” dastanının bütün boy­larında və “Oğuznamə”lərdə də atalar sözləri və məsəllər müşahidə edilir. Klassik Azərbaycan şairləri Qazi Bür­ha­nəd­din, Ş. İ. Xətai, M. Füzuli və başqaları xalq təfəkkürününün bu tükənməz xə­zi­nə­­sinə dönə-dö­nə müraciət etmişlər.Atalar sözini tutmayan yabana atılur, azirətdə tamu əhlinə qatılur..

Xalq müşahidələrini, təsəvvür və təfəkkür tərzi­ni, canlı məntiqini hifz edən və özü­ndə aydınlığı, yüksək emosianallığı, ən başlı­ca­sı isə lakonizmi əks etdirən ata­lar sözlərinin əsas təsir gücü təsadüfi deyil, konkret şəraitdə bilinir. Yüzillərin təcrübə­sin­dən doğan və dəfələrlə sınaqdan keçərək nəsildən nəsil­lərə ötürülən ata­lar sözləri  Xətainin də diqqətində olmuş, yeri gəldikcə uğur­lu şəkildə onlar­dan yarar­lan­mış­dır. Xətainin böyüklüyü ondadır ki, xalq təfəkkürünün mə­hsulu olan və qəlibləşmiş atalar sözlərindən istifa­də edərkən texniki cəhətdən şeirin formasına heç bir xələl gəlmir, əksinə məzmun daha da zənginləşir, dolğun­laşır. Şair hazır formanı şeirə elə nizamlı şəkildə pərçim edir ki, hər şey yerli-yerində olur. Məs: “Gül tikansız olmaz” və yaxud “Gül istəyən, Tikanı da istəmək gərək”(Atalar sözü. Bakı, öndər nəşriyyatı, 2004, s.119)

Şəklində istifadə etdiyimiz atalar sözlərindən yararlanan şair onu dəfələrlə müxtəlif formalarda ayrı-ayrı əsərlərində istifadə etmişdir;

Bu cahanın bağçasında xarsız gülmi olur?
Dikənindən qorxar isən yeri gülzar istəmə
(Xətai s.177)

Həmdəmin daim rəqib olmuşdur, ey gül üzlü yar,
Xanda bir gül bitsə, lazımdır yanında xar ola.
(Xətai s.35)

Bu cəhanın bağçasında xarsız gülmi olur?
Tikənində qorxan isən, yeri, gülzar istəmə.
(Xətai s.158)

Görüb kuyində dildarın rəqibi çəkmə ğəm hərgiz,
Məsəldir: gül dərənlər ağlamaz gülşəndə xarindən.
(Xətai s.150)

Ey könül ol dilrübanın möhnətindən inçimə,
Kimsə kim, gül istər, ol qayramaz ola xar üçün.
(Xətai s. 141)

Xanda kim, məşuq ola, kuyində vardır yüz rəqib,
Xansı güldür kim, onun yanında bir xar olmadı.
(Xətai s.149)

Xalq müşahidələrini, təsəvvür və təfəkkür tərzi­ni, canlı məntiqini hifz edən və özündə aydınlığı, yüksək emosianallığı, ən başlı­ca­sı isə lakonizmi əks etdirən atalar sözlərinin əsas təsir gücü təsadüfi deyil, konkret şəraitdə bilinir. Yüzillərin təcrübə­sin­dən doğan və dəfələrlə sınaqdan keçərək nəsildən nəsil­lərə ötürülən atalar sözləri Şah İsmayıl Xətainin diqqətində olmuş, yeri gəldikcə uğur­lu şəkildə onlardan yarar­lan­mış­dır. Qoyunu qurda tapşırmazlar. (Atalar sözü s.172)Zər qədrin zərgər bilər, nə bilir hər divanə” (Ata s.,435, bakı,2013nurlan 476) “Altun qiymətin zərgər bilür” (Oğuznamə s.32), Xalq bilməsə də, xaliq bilər” (atalar, 2013, s.67), “Taylı tayın tapar” və b. bu kimi hikmətlər şairin uğurla istifadə etdiyi atalar sözləridir. Xətainin poetik qüdrəti  ondadır ki, xalq təfəkkürünün məhsulu olan və qəlibləşmiş atalar sözlərindən istifa­də edərkən texniki cəhətdən şeirin formasına heç bir xələl gəlmir, əksinə məzmun daha da zənginləşir, dolğunlaşır. Şair hazır formanı şeirə elə nizamlı şəkildə pərçim edir ki, hər şey yerli-yerində olur:

Ey Xətai, gövhəri xərc eyləmə nadanə sən,
Gövhərin qədrini bilməz, gər nadan olmasa.
(Xətai, X. Yusifov s.36).

Sərraf olan bilər gövhər bəhasın,
Mübah olmuşdurur pirü cavanə.
(Xətai, s.163)

Eyiligi elə, dənizə buraq, balıq bilməzsə xaliq bilür. (Oğuznamə s.34.)

Qarunu gör bunadı, ya bulduqca,
Inandı fələk üzünə güldükcə,
Sən eyilik et, durma əldən gəldikcə,
Dedilər: – Xalq bilməsə, xaliq bilər
(X. Yusifov s.308)

Adətən, tam klişe şəklində olan atalar sözləri şairlər tərəfindən istifadə edi­lər­kən vəznə və şeir mətninə uyğunlaşdırılmaqdan ötəri söz düzümü dəyişdirilir. Məs; xalq ifadəsində “Adamı paltar ilə tanımazlar” kimi istifadə olunan atalar sözləri Xətaidə bu cür əks olunmuşdur:

Adəm oldur ki, onda hüsnü xülqü lütf ola,
Adəmi demə ona kim cübbəvi dəstari-məst.
Tut yarpağı səbr ilən olur ğəz,
Səbr ilən olur şərab əz rəz. (S.288)

Atalar sözlərinin ən böyük özəlliyi qısa və lakonik oması, az sözlə çox şeyi ifadə etməsidir. Bu xüsusiyyət klassik poeziyada, ən çox qəzəl janrının xarakterinə uyğundur. Qəzəlin hər bir beytində fikrin bitməsi, istər-istəməz şairdən az sözlə çox məna ifadə etmək ustalığına yönəltmişdir. Bu baxımdan Xətai böyük ustalığa malik bir şairdir:

Əhv eylə bu Xətai günahın, əya pəri,
Bəxşiş edər şah necə ki, quldan xəta gəlir.
(Xətai s.52)

Heç günahsız bəndə olmaz, heç xətasız kimsə yox,
Sən günahın görə görgil, əhv edən Ğəffar bir
(Xətai s.93)

Gögdən yer üzə yağar yağışlar,
Qullar günah etsə, şah bağışlar (s.252)

Qul xətasız olmaz”. ( atalar sözləri Öndər nəş. Səh.172) Xəta məndən, əta səndən (atalar sözləri Öndər nəş. Səh.131) kimi xalq arasında işlənən atalar sözlərindən istifadə edən Xətai yüksək obrazlı nümunə ortaya qoya bilmişdir.

Atalar sözləri Xətainin bədii düşüncəsinin dil təzahüründə tərkib hissəsi kimi, qaynayıb qarışmış, birikmiş fikir kimi üzə çıxır. Solo kimi çıxış etmir, şairin simvolik ahəngində dil ansamlının bir iştirakçısıdır. Xətainin qurduğu bədii düşüncəyə qulluq edir, şairin nitq silsiləsində həlqələr kimi mövcuddur. Xalqda: “Qoyunu qurda tapşırmazlar”. (Atalar sözü s.172)

Xətaidə: Qoyun gər qurdu gör, ondan bədtərdir.
Xalqda; “Bu günün işini sabaha qoyma” (atalar söz.s.66)

Xətaidə:

Bu günün fürsətini danlaya verən,
Yolunda cahilü nadan degilmi?
(X. Yusifov s.179)

 Xalqda: “Xəzinə üstündə ilan yatar”.

Xətaidə;
Həlqələnmiş zülfiniz rüxsarın üstə, ey sənəm,
Gəncə bənzər kim, anın yatmışdurur mar üstünə
(Xətai s.154)

Bir məsəldür kim, deyərlər gəncin üstündə mar olur,
Zülf içində hüsnün ol gənci-nihan olmuşdur.
(Xətai s.66)

Nə əcəb yüz üstə zülfün yatursa hər zaman,
Bu mühəqqəqdir ki, gənc üstə nigəhban mardır.
(Xətai s.72)

Xətai  yaradıcılığında müəyyən etdiyimiz bu atalar sözlərindən başqa mü­drik­li­yi özündə əks etdirən və atalar sözləri hökmündə dəyərləndirdiyimiz çoxlu sayda nümunələrə təsadüf edilməkdədir. Aşağıda yer verdiyimiz beytlərdə bunu müşahidə etmək mümkündür:  “Bir əldə iki qarpız tutmaq olmaz” ( atalar, 2013, s.81) iki qarbuz bir qolyuğa sığmaz (oğuznamə, s.42)

Xətaidə:
Bu yolun yolçusu olayım dersən,
Əldə iki qarpız tutmalı degil,
Dərviş olub şalvar geyəyim dersən,
Gahi geyib, gahi atmalı degil (X, Yusifov s.309)

Xətai poeziyasında bəzən ardıcıl bir neçə beytdə xalq müdrikliyini özün­də əks etdirən zərbül-məsəllərin işləndiyini müşahidə edirik:

Budur sözüm sana, məndən əmanət,
Könül yıxma, vəli eylə imarət.
Dəxi yoldaş ilə qonşunu gözlə,
Ki, xəlqin eybini sən açma, gizlə.
Yoldaş oldur rəhm edə yoldaşinə,
Yoldaşını uğratmaya yol daşinə (S.217)

Dəhnamə

Yanmıyan oda nə bilsin odi?
Başdan çıxarur düşəndə dudi. (s.233)

Xalqda:Nərdivana ayaq bir-bir basarlar.
(atalar sözüs.325) . Marağayi Abbasqulu. Əmsali–Türkanə Bakı –“Yazıçı” – 1992

Xətaidə:
Ululuq istəyirsən qulluq eylə,
Ayaq bir-bir basarlar nərdibanə.
(x.yusifov s.163)

Atalar sözləri tamamilə həyatı təcrübəyə əsaslanan əxlaqi-tərbiyəvi nümunələrdir. Bunlar əsrlər boyu pis, yaxud yaxşı işlər görülərkən çıxarılan nəticələrdir. Atalar sözlərində  kişilik, mərdlik, cəsarət, səxavətli olmaq təbliğ edilir, nadanlıq, paxıllıq, xəyanət, ikiüzlülük, qorxaqlıq pislənir.

Xalqda; Kişinin sözü bir olar.
(atalar, 257)

Xətaidə: nəfəs gövhərdir ani bir bilənlər,

Sözin bir söyləyənlər kercək ərdir.
(X. yusifov s.49)

Özgəyə quyu qazan özü düşər (atalar , s.199).

Xətaidə:

Nə qayğum var rəqibib fitnəsindən,

Eşitdim quyi qazan kəndi düşdi.

Xətai, sən güvənmə malə, gəncə,
Neçələr malə, gəncə mindi düşdi
(X. Yusifov S.188)

Hər nə qılsan nikü bəd axır sənə tuş olur,
Çəkmədi şərməndəlik hər kim ki, bədxak olmadı. S.148

Xətaidə. Xətai, kimsəyə sığınma yaman,
Ki, düşdü kim ol kişi kim qazdı cahi.

Özünü tanımayan Haqqı tanımaz.

(atalar sözləri Öndər nəş. Səh 346, Atalar sözü, Bakı, yazıçı, 1981, 258)

Bilməyən kəndi vücudun haqqı bilməz lacərəm,
Kim ki, bildi nəfsini, aləmdə gümrah olmadı. S.147
Atalar sözünə uyğun hikmətlər.

Könül nə gəzirsən seyran yerində,
Aləmdə hər şeyin var olmayınca.
Olura-olmaza dost deyib gəzmə,
Bir əhdinə bütün yar olmayınca
(X.Yusifov s.330)

Fil yükü yükləmə, qarınca çəkməz.
Dürlü reyhan çoxdur, gül kimi qoxmaz.
Dünya malın versən, bizə gərəkməz,
Didar ilə məhəbbətə eşq olsun
(X. Yusifov s.351).

Varub bir kötüyə olma nökər,
Çərxinə dəgər də, dolunu dögər,

Nə Xudadan qorxar, nə hicab çəkər,
Bir kötüdə namus, ar olmayınca
(X.Yusifov s.305).

Qövli yalançı ilə olma müsahib, çək əlin,
Həmdəm olmağ div ilə külli ziyandır bilənə.
Ey Xətai, həqqi sən tanı, özün də sakin ol,
Dəxi söz söyləmə, var, bu söz əyandır bilənə.
(s.167)

Eşq dəryasında qəvvas olasan mərdanə var,
Keçmə namərd körpüsündən qoy aparsın su səni,
Dün bənövşə seyrində gördüm nihani gəşt edər,
dilbərim əgninə geymiş bir qəbayi süsəni.

Güzgüsü pak olmayanın çarə yoxdur pasinə,
Qaldı məhrum ta əbəd, Fəzl ana həmrah olmadı.
(s.174)

Ey könül, tərif eylə, ğazilərdən al dua,
Şah edir ki, yarğılaram qulu qul duasina.
Nəsnə kim, həqdən gələndir, ondan olgil bigünah,

Ey könül, var şadkam olgil həqqin cəfasinə
(s.161).

Gənci-eşqin çün vücudim şəhərini qıldı xərab,
Nişə kim, gəncin yeri viranələr künçündədir.
(s.75)

Nəsihətnamə

Özün bilməz ilə durma oturma,
Ömür zaye keçər, əqlini itirmə.

Ruhəngiz Əliyeva

ƏDƏBİYYAT

1-Abid Ə. Heca vəzninin poetikası //Azərbaycan ədəbiyyatının tarixi poeti­kası, II kitab, Bakı: Elm, 2006
2-Əliyev S. Xətai şeirinin vəzni.// Şah İsmayıl Xətai (Məqalələr toplusu). Bakı: Elm, 1988, s.134-144.
3-Füzuli. 6 cilddə, I cild. Tərtib edəni H. Araslı, Bakı: Azərnəşr 1996
4-Hikmət İ. Azərbaycan ədəbiyyatı tarixi. II cild Bakı: Azərnəşr, 1928,
5-Xoca Əhməd Yəsəvi Simpoziumu //Keçmişdən günümüzə Xoca Əhməd Yəsəvi adlı beynəlxalq simpozium materialları, Bakı: 2009
6-Qasımlı M. Şah İsmayıl Xətainin poeziyası. Bakı: Elm, 2002
7-Quliyeva M. Şərq poetikasının əsas kateqoriyaları, Bakı: 2010
8-Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər; Ziya Bünyadov və Vasim Məmmədəliyev Bakı: Azərnəşr, 1991
9-Məmmədov Ə. Nəsimi və Xətai // İ.Nəsimi. (Məqalələr toplusu) Bakı: Elm,1973, s.193-204
10-Məmmədov Ə. Şah İsmayıl Xətai. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1961
11-Məmmədov Ə. Şah İsmayıl Xətai. Bakı: Yazıçı, 1988
12-Səfərli Ə.,Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Ozan, 2008
13-Şah İsmayıl Xətai. Dəhnamə. (Müqəddimə müəllifi və tərtib edəni Həmid Araslı). Bakı: Gənclik,1982
14-Şah İsmayıl Xətai. Əsərləri, Hazırlayanı; (tərtib, müqəddimə, lüğət və izahlar Ə. Məmmədovundur), I cild, Bakı: Azərnəşr,1975
15-Şah İsmayıl Xətai. Keçmə namərd körpüsündən. (Əsərləri) Hazırlayanlar; Səfərli Ə. və Yusifov X. Bakı: Yazıçı, 1988
16-Şah İsmayıl Xətai. Sazım. Qoşmalar, bayatılar və qəzəllər. (Müqəddimə və tərtibat M. Abbasovundur). Bakı: Gənclik, 1973
17-Şah İsmayıl Xətai. Seçilmiş şeirlər (Müqəddimə, tərtibat və rüdaktoru M. Abbasovdur), Bakı: Azərnəşr, 1964
18-Şah İsmayıl Səfəvi (Xətai) külliyyatı. //Qəzəllər, Qəsidələr, Nəsihətnamə, Dəhnamə, Qoşmalar. Mətnin elmi-tənqidi tərtibatçısı; Mirzə Rəsul İsmayılzadə. Tehran: Əl-Hudə, 2004
19-Köprülü F. Edebiyat Araştırmaları, Ankara: TTK Basımevi, 1986
20-Köprülü F. Türk Edebiyatı Tarihi, İstanbul: Şəfiq matbaası, 1986
21-Köprülü O. Köprülüden seçmeler, İstanbul: Milli Egitim basımevi, 1972
22-Hatayi divanı. (İNCELEME TEKİTLİ METİN-TİPKİBASIM) Hazırla­ya­nı Möhsün Macit. Türkiye Yazma eserler kurumu başkanlığı

Orxon Yenisey abidələri. s83

Baxtı  tanrı yazatr. İnsan oğlu ölümlü törəmiş.

Sözü pişirip söylə (Oğuznamə, s.107)
Səbr ilə qoraq halva olur.(oğuznamə 116)
Toğru gələn dolaşmaz.(s122)
Fürsəti fövt eləmə (.s.130)
Qorqunun əcələ assisi yoqdur.(s.136)
Gül dikənsiz olmaz. (s.150)
Kiçilər suç işlər, ulular bağışlar. (s155)
Müxənnət köprüsündən keçməkdən suya boğulmaq yegdir. (s.162)
Nərdiban ayaq-ayaq cıqılır (s.165)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *